Şriftin ölçüsü :

Saytın rəngi :

Başçının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin social-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat iclası

15 yanvar 2019 | 11:00

15 yanvar 2019- cu il tarixində 53 saylı tam orta məktəbin iclas zalında Yasamal rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-cı ilin sosial – iqtisadi inkişafının yekunları və 2019- cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat iclası keçirildi.   Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi , rayon təsərrüfat xidməti sahələrinin rəhbərləri ,rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Elçin Rzayev çıxışında İcra Hakimiyhətinin başçısı Əziz Əzizovun təşəbbüsü ilə rayon ərazisində görülən abadlıq-quruculuq işlərindən bəhs edərək rayonun H.Cavid prospekti 577-ci məhəllədə əsaslı təmir işlərinin görülməsindən, 40 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin ərazisində mövcud parkı yenidən təmir edilməsindən və rayonun Məmməd Rahim küçəsi 20 ünvanında mövcud parkın tamamilə yenidən qurulması və uşaqlar üçün uşaq meydançalarının qurulub sakinlərin istifadəsinə verilməsindən danışdı. Rayonun 17 məhəlləsində bu kimi quruculuq işləri görülüb başa çatmış,o cümlədən,Ələsgər Ələkbərov 559/560 məhəllədə, Alatava 1 massivində asfalt örtüyü və müxtəlif ölçüdə təmir işləri görülmüşdür.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Muxtarov iclasa sədrlik edərək Nümayəndəliyin 2018- cı il ərzində gördüyü işlər barəsində hesabat məruzəsi ilə çıxış etmişdir. O qeyd etmişdir ki, il ərzində Nümayəndəlik xeyli işlər görmüşdür. Belə ki, çoxmənzilli binalarda və evlərdə ev təsərrüfatı və təsərrüfat üzvlərinin sayının dəqiqləşdirilməsi işləri aparılmış, ərazidə 66.177 sakin , 20.923 təsərrüfat olduğu faktı müəyyən edilmiş, bunlar 180 qeydiyyat kitabında qeydə alınmış və mütəmadi olaraq dəqiqləşdirmə işləri davam edir. Sakinlərin sifarişini nəzərə alaraq binalarda dam örtükləri təmir olunmuş, su , kanalizasiya, qaz və istilik sistemlərində xeyli işlər görülmüşdür. Nümayəndəlik ərazisində fəaliyyət göstərən dövlət qurumları, Yasamal rayon Bələdiyyəsi, qeyri-hökümət təşkilatları və digər təşkilatlarla qarşılıqlı fəaliyyət göstərmiş, ictimai-siyasi tədbirlərdə iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq ölkəmizin bütün regionlarında olduğu kimi paytaxtın Yasamal rayonunda da mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun mərkəzi küçələrində,məhəllədaxili yollarında, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydanlarında, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmışdır.

Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri İçtimai Birliyinin Yasamal rayon yəşkilatını sədri Bəhram Şeydayev çıxış edərək bildirmişdir ki, Yasamal rayon İcra Hakimiyyəti başçısının yerli nümayəndəliyi şəhid ailələri ilə və bu kateqoriyada olan digər insanlarla işini sıx əlaqəli birgə qurmuşdur . Hər zaman onların problemləri ilə maraqlanmiş və köməklik göstərməyə çalışmışdır. Bir çox tədbirlərin keçirilməsində nümayəndəliyin əməkdaşları yaxından köməklik göstərmişlər.Yığıncaqda Yasamal rayon 553 nömrəli məhəllənin sakini Yasama rayon YAP ilk partiya təşkilatının katibi İmran Əhmədov çıxışı edərək nümayəndəliyin partiya üzvləri ilə həmişə əməkdaşlıq etdiyini bildirdi.

Yasama Rayon sakini 53 nömrəli tam orta məktəbin müəllimi Şair Quliyev bildirdi ki, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məktəbdə keçirilən bütün tədbirlərdə yaxından iştirak edir, həmçinin təhsillə bağlı, dislokasiya və digər məsələlərdə köməklik göstərir. Yasamal rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramin Cəbrayılov Nümayəndəliyin hesabatını dinlədikdən sonra bir çox məsəslərə toxundu. Nümayəndəliyin qarşısında gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və təşkili işlərində köməklik göstərilməsini xahiş etdi.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüfət Mərdanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2018-ci ildə görülmüş işlər barəsində Nazirlər Kabinetinin geniş iclasından bəhs etdi. Prezidentimizin yürütdüyü uğurlu siyasətin nəticəsində ölkəmizin yeni nailiyyətlər əldə etməsi və iqtisadiyyatımızın sürətlə inkişaf yolunda irəliləməsini qeyd etdi. Rüfət Mərdanov 2019-cu ildə siyahıyaalma işini əsas tutaraq siyahıya alınma işlərində və bələdiyyə seçkilərində icra nümayəndəliklərinin üzərinə düşən böyük vəzifələri qeyd edərək, nümayəndəliklərin xalqla yüksək orqanlar arasında körpü rolunu oynamasını bildirdi. 2 nömrəli nümayəndəliyin hesabatını qənaətbəxş hesab edərək sonda R.Mərdanov nümayəndəliyə gələcək iş fəaliyyətində uğurlar arzuladı.

Sonda yığıncağın qərar layihəsi oxundu.

Yığıncaq iştirakçıları 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2018-ci il üçün olan illik hesabatını qənaətbəxş hesab edilməsinə qərar verdilər.

Keçidlər