Şriftin ölçüsü :

Saytın rəngi :

Başçının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat iclası

14 yanvar 2019 | 11:00

14 yanvar 2019-cu il tarixində 21 saylı tam orta məktəbin iclas zalında Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik hesabat iclası keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon təsərrüfat xidməti sahələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Xaliq Möhbalıyev Prezident İlham Əliyevin təşəbbüsü ilə rayon ərazisində görülən təqdirəlayiq işlərdən söz açdı. Rayonun Yeni Yasamal yaşayış massivində əsaslı təmir edilmiş və sakinlərin istifadəsinə verilmiş parkdan, Ə.Əhmədov və M.Xiyabani küçələrində aparılmış əsaslı təmir işlərindən, Bakı Dairəvi yolun Şərifzadə və N.Hikmət küçələri ilə birləşdirən yolun əhəmiyyətindən danışdı. Bundan əlavə Şərifzadə küçəsi 162 və 164 saylı həyətlərdə yenidənqurma işlərinin aparıldığını, ümumilikdə 18 məhəllədə abadlaşdırılma işlərinin görüldüyünü, 5400 ağac əkildiyini və həmin məhəllələrdə xüsusən ahıllar üçün hər şəraitin – oturacaqların, köşklərin qurulduğunu qeyd etdi. Daha sonra bəzi binalarda yaşanan istilik problemlərinə toxunaraq, vətəndaşları istilik sistemlərini yeniləyərkən daha anlayışlı olmağa və ümumən göstərilən qayğıya biganə qalmamağı, ətraf mühitin təmizliyinin qorunmasına səslədi.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Çingiz Kərim oğlu Əliyev Nümayəndəliyin 2018-cı il ərzində gördüyü işlər barəsində hesabat məruzəsi ilə çıxış etdi. O, qeyd etdi ki, il ərzində nümayəndəlik xeyli işlər görmüşdür.Belə ki, çoxmənzilli binalarda və evlərdə ev təsərrüfatı və təsərrüfat üzvlərinin sayının dəqiqləşdirilməsi işləri aparılmış, ərazidə 95026 sakin, 26725 təsərrüfat olduğu faktı müəyyən edilmiş, bunlar 211 uçot kitabında qeydə alınmış və mütəmadi olaraq dəqiqləşdirmə işləri davam edir. Bəzi məhəllələrdə asfalt örtüyü salınmış, abadlaşdırma işləri görülmüşdür. Sakinlərin sifarişini nəzərə alaraq binalarda dam örtükləri təmir olunmuş, su, kanalizasiya, qaz və istilik sistemlərində xeyli işlər görülmüşdür.Nümayəndəlik ərazidə fəaliyyət göstərən dövlət qurumları, Yasamal rayon Bələdiyyəsi, Qeyri-hökümət təşkilatları və digər təşkilatlarla qarşılıqlı fəaliyyət göstərmiş, ictimai-sosial tədbirlərdə iştirak etmişdir.Nümayəndəliyin ərazisində yaşayan vətəndaşların ailə-məişət, sosial problemlərinin həlli istiqamətində xeyli işlər görülmüşdür. Nümayəndəliyin ərazisində Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 22, 32, 56 saylı və xüsusi təyinatlı 138, 158 saylı Mənzil Kommunal İstismar Sahələri fəaliyyət göstərir.Sakinlərin müraciətləri əsasında Mənzil Kommunal İstismar Sahələri tərəfindən binalarda cari təmir işləri aparılmış, ərazilərdə səliqə-səhman yaradılmışdır.

Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq ölkəmizin bütün regionlarında olduğu kimi paytaxtın Yasamal rayonunda da mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq quruculuq işləri çərçivəsində rayonun mərkəzi küçələrində, məhəllədaxili yollarında, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydanlarında, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmışdır.“İDEA” Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi və sədri Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın “Abad həyət -Sağlam həyat” layihəsinin icrası təşəbbüsünə qoşularaq Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin ərazisində üç ünvanda nümunəvi məhəllə yaradılmışdır: Əsəd Əhmədov 5, Talıblı 24A-26 və A.M.Şərifzadə küçəsi 148 saylı yaşayış evlərinin ətrafında böyük bir sahədə Yasamal Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına əsaslı yenidənqurma işləri aparılaraq yaradılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 86 nömrəli 25 fevral 2016- cı il tarixli qərarı ilə Yasamal rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi və sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin inzibati ərazisində 7 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi işlərinə başlanmışdır. Artıq bu binalardan A.M.Şərifzadə küçəsi 33, 86, 122, 162,174, İ.Zülalov 19, A.Abbasov küçəsi 3 ünvanlarında qəzalı evlər sökülərək, yerində yeni müasir standartlara cavab verən hündürmərtəbəli yaşayış binaların tikintisinə başlanmış və artıq 3 bina sakinlərin istifadəsinə verilmişdir. Mənzil-Tikinti Kooperativləri tərəfindən qəzalı binaların sakinləri kirayə evlərə köçürülmüş, onlara kirayə evlərə görə yeni mənzillərə köçənədək vəsait ödənilməsi təmin edilmişdir. Çingiz Əliyev bildirmişdir ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının yerli nümayəndəliyi olaraq ərazidə yaşayan əhalinin qarşıya çıxan problemləri ilə maraqlanıb onların sosial həyat tərzlərinin yaxşılaşdırılmasına köməklik göstərmək əsas vəzifələrdən biridir. Bundan əlavə Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən verilən tapşırıqların günün tələbləri səviyyəsində icra olunması istiqamətində fəaliyyətlərini qurmağa çalışacaqlarını bildirdi.

Yığıncaqda Yasamal rayon sakini Telman Ağdamski çıxışı zamanı 1 nömrəli nümayəndəliyin hesabatını qənaətbəxş hesab edərək cənab Prezident İlham Əliyev başda olmaqla bütün strukturlara rayonda görülən işlərlə bağlı minnətdarlığını ifadə etdi və rayon ərazisində təmizlik məsələlərinə daha diqqətli yanaşılmasını xahiş etdi.

Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov ötən dövr ərzində rayon ərazisində 18 müxtəlif ünvanda “abad məhəllə”lərin istifadəyə verilməsinin əhəmiyyətindən danışarkən bildirdi ki, bu tip layihələrin həyata keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunun təmin edilməsidir. Qeyd olundu ki, ”abad məhəllə” layihəsi çərçivəsində süni ot örtüklü stadionların,futbol meydançalarının istifadəyə verilməsi xüsusi haldır. Bakı şəhəri üzrə 11 komanda arasında keçirilən yarışda Yasamal rayonu ən yüksək nəticəni göstərmişdir. Vətəndaş məmnunluğunun göstəricisi kimi 2018-ci il prezident seçkilərində xüsusi fəallıq göstərən Yasamal əhalisindən dövlətin qayğısına biganə yanaşmamaq, bu abad məhəllələrin qorunmasında da köməklik göstərməsi tövsiyə olundu.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şəbəsinin müdiri Rüfət Mərdanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ötən ildə görülmüş işlər barəsində geniş müşavirə keçirməsindən bəhs etdi. Prezidentimizin yürütdüyü uğurlu siyasətin nəticəsində ölkəmizin yeni nailiyyətlər əldə etməsi, iqtisadiyyatımızın inkişaf yolunda sürətlə irəliləməsini qeyd etdi. Rüfət Mərdanov 2019-cu ildə keçiriləcək siyahıyaalınma işlərində və bələdiyyə seçkilərində icra nümayəndəliklərinin üzərinə düşən böyük vəzifələri qeyd edərək, nümayəndəliklərin xalqla yüksək orqanlar arasında körpü rolunu oynamasını bildirdi. 1 nömrəli nümayəndəliyin hesabatını qənaətbəxş hesab etdikdən sonra nümayəndəliyə gələcək iş fəaliyyətində uğurlar arzuladı.

Yasamal rayon sakini Anaxanım Ramazanova rayonda görülən işlərlə əlaqədar öz minnətdarlığını bildirərək, Vasif Əliyev küçəsində yolların, ara məhəllələrin təmir olunmasını xahiş etdi.

“Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri” ictimai birliyinin rayon təşkilatının sədri Bəhram Şeydayev Yasamal rayonunda Prezident İlham Əliyevin göstərişi ilə təqdirəlayiq işlərin görüldüyünü və 2018-ci ilin “Cümhuriyyət ili”, ”Milli ordumuzun yaranmasının 100 illiyi” kimi hadisələrlə yadda qaldığını bildirdi. Prezidentin 2018-ci il 19 aprel tarixli sərəncamına əsasən Qarabağ əlillərinə, şəhid ailələrinə mənzillərin verilməsi, on bir min manat dəyərində müavinətin verilməsinin davam etdirildiyini bildirərək nümayəndəliyin 2018-ci ilin hesabat məruzəsini qənaətbəxş hesab etdiyini vurğuladı.

Rayon üzrə istilik idarəsinin sədri Kamran Nəsirov çıxışı zamanı mütəmadi olaraq əhali ilə təmasda olduqlarını və istilik sistemlərinin yüksək səviyyədə işlədiyini və yaxın günlərdə 131 saylı qazanxananın istifadəyə verilməsindən sonra istiliyin verilməsinin daha da yaxşılaşdırılacağını bildirdi.

2 saylı Bakı Baza Tibb Kollecinin Valideynlər komitəsinin sədri Aynur Məmmədova rayon ərazisində görülən işlərə görə təşəkkür etdi və H.Zərdabi 3153-cü məhəllənin ətrafında asfalt örtüyünün təmirini, həmin ərazidə parkın salınmasını xahiş etdi.

Sonda Nümayəndəliyin aparıcı-mütəxəssisi Sabir Kərimov hesabat yığıncağının qərar layihəsini oxudu.

İclas iştirakçıları Nümayəndəliyin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekun hesabatını qənaətbəxş hesab edilməsinə qərar verdilər.

Keçidlər