Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Həmrəylik Günü və Yeni il bayramları qeyd olundu

28 dekabr 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Karvan” şadlıq sarayında Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni 2019-cu ilin gəlişi münasibəti ilə möhtəşəm bayram tədbiri keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ümumtəhsil məktəblərinin, ali və orta ixtisas məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin direktorları və rəhbərləri, səhiyyə işçiləri, şəhid ailələri, ziyalılar, rayon ictimaiyyəti iştirak etdilər.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov bayram münasibətilə rayon ictimaiyyətini təbrik edərək bildirdi ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.

Çıxış edənlərdən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Pediatriya ETİ-nin direktoru, Əməkdar elm xadimi Nəsib Quliyev, Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, Cabir Novruz Mədəniyyət fondunun sədri Cavanşir Qurbanov və digərləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətindən söz açdılar.

Bayram tədbirində xalq artistləri, əməkdar artistlər, tanınmış incəsənət ustaları, 4 saylı Uşaq İnkişaf Mərkəzinin rəqs qrupu, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin ansamblı çıxış etdilər.

Keçidlər