Şriftin ölçüsü :

Saytın rəngi :

Abbas Mirzə Şərifzadə küçəsinin sakinləri ilə İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü keçirildi

27 dekabr 2018 | 11:00

Dekabrın 27-də 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində, Abbas Mirzə Şərifzadə küçəsinin sakinləri ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.

Yasamal rayon  İcra Hakimiyyətinin başçısı  Əziz Əzizov çıxış edərək tədbirdə iştirak edənləri və onların simasında Yasamal rayonunun bütün sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi. İcra başçısı bildirdi ki, bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər. Ə.Əzizov  həmçinin bir neçə gündən sonra vidalaşacağımız  2018-ci ilin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yaddaşlara həkk olunduğunu bildirdi. Respublikamızın bu il də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atdığını xüsusi vurğuladı. Ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirərək, regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Yasamal rayonunda da yüksələn templə davam edib.

İcra başçısı Əziz Əzizov həmçinin bildirdi ki, dünən,  dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib, Agentliyin yeni yaşayış kompleksinin təməlini qoydular. Sonra dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular. Bu gözəl hadisə hər birimizin, xüsusən də Yasamal sakinlərinin əsl bayram sevincinə səbəb olaraq rayonumuz üçün 2018-ci ilin ən yaddaqalan hadisəsinə çevrildi.

Səyyar qəbul-görüşdə Abbas Mirzə Şərifzadə küçəsi sakinləri sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Sonda İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qurumların nümayəndələrin iştirakı ilə müraciət olunan ünvana baxış keçirdi və yerində müvafiq göstərişlər verdi.

Keçidlər