Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Akim Abbasov küçəsinin sakinləri ilə səyyar qəbul- görüş keçirdi

20 dekabr 2018 | 11:00

Dekabrın 20-də 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində, Akim Abbasov küçəsinin sakinləri ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycanın 27 illik müstəqillik dövründə siyasi, iqtisadi, ticarət, investisiya, mədəniyyət və humanitar sahələrdə geniş və hərtərəfli nailiyyətlər qazandığını qeyd etdi və bildirdi ki, ölkəmiz bu qısa müddət ərzində aktiv və mühüm, eləcə də sivil dövlətlər xəritəsində özünəməxsus yer tutub.

İcra başçısı ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmizin əldə etdiyi dövlət müstəqilliyinin qorunub saxlanılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidmətlərindən danışaraq, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın daha da güclənərək regionda qüdrətli və lider dövlətə çevrildiyini bildirdi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov həmçinin ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektlərinin dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alındığını xatırladaraq, söküntü işlərinin II mərhələsinin də uğurla həyata keçirildiyini hazırda 1700-dən çox evin sakinlərlə əldə edilmiş razılığa əsasən satın alındığını, bu işlərin ilin sona qədər yekunlaşdırılacağını bildirdi. İcra başçısı İkinci mərhələdə 13 hektar ərazini əhatə edən söküntü ərazisində də yeni yollar çəkiləcəyini, yaşıllaşdırma və abadlıq işləri aparılacağını sakinlərin diqqətinə çatdırdı.

Sonra səyyar qəbul-görüşdə iştirak edən sakinlər Yasamal rayonunda aparılan abadlıq-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Səyyar qəbul-görüşdə iştirak edən Akim Abbasov küçəsinin sakinləri istilik xəttinin təmiri, həyətlərin abadlaşdırılması və digər sosial problemlərlə bağlı icra başçısı Əziz Əzizova müraciət etdilər.

Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər