Şriftin ölçüsü :

Saytın rəngi :

Kinorejissor A.M.Şərifzadənin 125 illik yubileyi qeyd olundu

30 noyabr 2018 | 11:00

Noyabrın 30-da Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tanınmış kinorejissor A.M.Şərifzadənin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, teatrşünas-tənqidçi, jurnalist, Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, Azərbaycan teatr rejissoru, Azərbaycanın xalq artisti , professor Ağakişi Kazımov, Azərbaycan teatr rejissoru, Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov, Azərbaycan aktyoru və rejissoru, Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadə, Azərbaycan teatr və kino aktyoru, xalq artisti , Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Hacı İsmayılov, Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli Rafiq Əzimov, Azərbaycan teatr aktyoru, Azərbaycanın əməkdar artisti , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əli Nur, Ədəbi tənqidçi, filologiya elmləri doktoru Əsəd Cahahgir, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru Zivər Əhmədova, tanınmış uşaq yazıçısı Gülzar İbrahimova və digər qonaqlar iştirak etdilər.

İlk öncə qonaqlar Mərkəzin muzey bölməsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, ümummilli liderin əziz xatirəsini yad etdilər.

Tədbiri Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova giriş sözü ilə açaraq qonaqları salamladı və belə tədbirlərin keçirilməsini təqdirə layiq hal kimi qiymətləndirdi. Yasamal rayon İcra Hakimiyyətinin hər zaman mədəniyyət işçilərinə dəstək verdiyini bildirdi, rayon ərazisində yaşayan mədəniyyət xadimləri ilə daim görüçlər keçirildiyini vurğuladı.

Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli Abbas Mirzə Şərifzadənin həyat və yaradıcılığı haqqında məlumat verdi.

Daha sonra Azərbaycanın xalq artisti , professor Ağakişi Kazımov Abbas Mirzə Şərifzadənin uğurlarından, həyat və fəaliyyətindən onun rejissor sənətinə gəlişinə qədər keçdiyi mürəkkəb sənət yolundan,nailiyyətlərindən bəhs etdi.

Tədbirdə Abbas Mirzə Şərifzadənin həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olundu.

Digər çıxışçılar: Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Hacı İsmayılov, Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli Rafiq Əzimov, Ədəbi tənqidçi, filalogiya elmləri doktoru Əsəd Cahahgir, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov öz çıxışlarında Abbas Mirzə Şərifzadənin qəlbində teatra olan coşqun sevgidən, yeni nəsil gənc istedadların yetişdirilməsinə olan xüsusi qayğısından və onun çıxış etdiyi rollardan bəhs etdilər.

Sonra “Bismillah ” və “Cavid ömrü” filmlərindən fraqmentlər nümayiş olundu.

Tədbir Niyazi adına 22 saylı musiqi məktəbinin şagirdi Kənan Bəşirlinin ifası ilə sona çatdı.

Keçidlər