Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Yasamal sakinləri ilə görüş keçirildi

06 dekabr 2018 | 11:00

Dekabrın 6-da 4 nömrəli sahə inzibati ərazi dairəsi Dadaş Bünyadzadə küçəsi 11 D ünvanında yerləşən Xeyir Şər evində 1 saylı binanın sakinləri ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı olduğunu bildirdi. İcra baçısı dövlət başçısının tapşırığı ilə Bakıda parkların əsaslı şəkildə yenidən qurulması və ya yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün yüksək standartlara uyğun istirahət guşələrinin yaradılması istiqamətində son illər ardıcıl tədbirlər görüldüyünü, nəticədə Bakının hər yerində olduğu kimi Yasamal rayonunda da aparılan abadlıq-quruculuq işləri bu rayonu paytaxtın ən gözəl məkanlarından birinə çevirildiyini qeyd etdi.

İcra başçısı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Abad məhəllə” layihəsinin Yasamal rayonunda da uğurla həyata keçirildiyini bu müddət ərzində rayon ərazisində 17 yeni abad məhəllə salındığını və geniş miqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini vurğuladı. Belə ki, görülən işlər çərçivəsində uzun müddət baxımsız vəziyyətdə olan istirahət parkı əsaslı şəkildə yenidən qurulub və 1,7 hektar ərazidə abadlıq işləri aparılıb. Parkın yararsız vəziyyətə düşmüş ərazisi tam təmizlənərək torpaq təbəqəsi yenilənib və yaşıllıq zonası salınıb.

Əziz Əzizov həmçinin bildirdi ki, Yeni Yasamal istirahət parkının ətrafında yerləşən bütün yaşayış binalarının fasadları da əsaslı şəkildə yenidən qurulub, müasir üslubda üzlənib və rənglənib. Müxtəlif təyinatlı kiçik həcmli ticarət və xidmət obyektlərinin xarici görünüşünün yenilənməsi işləri də aparılıb.

İcra başçısı bundan başqa rayon ərazisində 200 yerlik yeni baxça binasının da tikintisinin yekunlaşmaq üzrə olduğunu və yaxın günlərdə sakinlərin istifadəsinə veriləcəyini qeyd etdi.

Daha sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Dadaş Bünyadzadə küçəsi 1 saylı binanın sakinlərinin propblemlərini dinləyərək onların aradan qaldırlması üçün müvafiq tapşırıqlar verdi.

Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər