Şriftin ölçüsü :

Saytın rəngi :

Payız ağacəkmə kompaniyası coşğusu

28 noyabr 2018 | 11:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Yasamal rayonunda da davamlı xarakter alıb.

Noyabrın 28-də Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının kollektivləri Mətbuat prospektində keçirilən növbəti ağacəkmə kompaniyasında iştirak etdilər. Kompaniyanın əsas məqsədi ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasına xidmət edir.

Bu dəfə də 500-ə yaxın şam və küknar ağacları əkilib. Həmçinin ərazi zibilliklərdən təmizlənib, ağaclara qulluq edilib.

Dekabr ayının sonunadək rayonda ağacəkmə kompaniyası davam edəcək.

Keçidlər