Şriftin ölçüsü :

Saytın rəngi :

Payız ağacəkmə kompaniyasına Yasamal rayonu da qoşuldu

26 noyabr 2018 | 11:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Yasamal rayonunda da davamlı xarakter alıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kompaniyasına noyabrın 24-də və 26-da keçirilən ağacəkmə aksiyalarında Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin və Yasamal Rayon İcra Hakimiyyətinin kollektivləri də qoşulub. Növbəti yaşıllaşdırma aksiyasında rayon ərazisində fəaliyyət göstərən təhsil və səhiyyə müəssisələri, rayon sakinləri də iştirak edib. Kompaniyanın əsas məqsədi ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasına xidmət edir.

Kənar dairəvi yolda Yeni Yasamal yaşayış massivində salınmış yeni parkın yanından Əsəd Əhmədov küçəsinədək olan hissəsində və Şərifzadə küçəsində 500-ə yaxın şam və küknar ağacları əkilib. Həmçinin ərazilər zibilliklərdən təmizlənib, ağaclara qulluq edilib.

Dekabr ayının sonunadək rayonda ağacəkmə kompaniyası davam edəcək.

Keçidlər