Şriftin ölçüsü :

Saytın rəngi :

“Sovetski” sakinləri ilə növbəti görüş keçirildi

22 noyabr 2018 | 11:00

Noyabrın 25-də 3 nömrəli sahə inzibati ərazi dairəsi 150 saylı məktəbdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılmasının Ulu Öndər Heydər Əliyevin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafının Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu sakinlərin diqqətinə çatdırdı. İcra başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı olduğunu bildirdi.

İcra başçısı, öz çıxışında “Sovetski”nin köçürülməsinin əhəmiyyətindən danışaraq, bu layihənin yalnız müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə dövlət başçısının təşəbbüsü ilə öz həllini tapdığını bildirdi.

Ə.Əzizov Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektlərinin dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alındığını qeyd etdi. Hal-hazırda söküntü işlərinin II mərhələsinin də uğurla həyata keçirildiyini qeyd edən icra başçısı hazırda 1600-ə yaxın evin sakinlərlə əldə edilmiş razılığa əsasən satın alındığını, bu işlərin ilin sona qədər yekunlaşdırılacağını bildirdi. İcra başçısı İkinci mərhələdə 13 hektar ərazini əhatə edən söküntü ərazisində də yeni yollar çəkiləcəyini, yaşıllaşdırma və abadlıq işləri aparılacağını sakinlərin diqqətinə çatdırdı.

Sakinlər tərəfindən verilən sualları cavablandıran icra başçısı Əziz Əzizov ölkə Prezidenti İlham Əliyevin “Sovetski” ərazisində yaşayan sakinlərə göstərdiyi diqqət və qayğı nəticəsində uzun müddət şəraitsiz vəziyyətdə yaşayan vətəndaşlarımızın yeni evlərə köçməklə sosial vəziyyətlərinin normalşacağını xüsusilə vurğuladı.

Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər