Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Məhkəməsində ədliyyə işçilərinin peşə bayramı qeyd olundu

20 noyabr 2018 | 11:00

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 20-də Yasamal Rayon Məhkəməsində tədbir keçirildi.

Yasamal Rayon Məhkəməsinin sədri Araz Hüseynov tədbirdə çıxış edərək Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlər və qazanılan nailiyyətlərin Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan genişmiqyaslı işlərin göstəricisi olduğunu vurğuladı. O, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yerinin və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb, ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd etdi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbirdə çıxış edərək ədliyyə və məhkəmə orqanlarında çalışan bütün əməkdaşları Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə təbrik edərək onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində nailiyyətlər arzuladı. Əziz Əzizov müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı gününün artıq 18 ildir ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunduğunu dedi. Ədliyyə sisteminin inkişafının əsaslı dönüş mərhələsinin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyərək Ümummilli Liderimizin hakimiyyətə qayıdışı ilə əsl müstəqilliyin bərqərar olduğunu, ölkəmizdə demokratik hüquqi dövlətin qurulduğunu, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafın təmin edildiyini diqqətə çatdırdı. O, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü işlərdən bəhs etdi.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov hər bir demokratik cəmiyyətdə müstəsna əhəmiyyət daşıyan məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən bu cür köklü və sistemli islahatların uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə mühüm nailiyyətlərin qazanıldığını vurğuladı.

Sonra videocarx nümayiş olundu.

Sonda Yasamal rayon Məhkəməsinin bir qrup əməkdaşları rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olundular.

Keçidlər