Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirildi

15 noyabr 2018 | 11:00

Noyabrın 15-də Yasamal rayon icra hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində, Z.Xəlilov və Ə.Cəmil küçəsndə yaşayan sakinlərlə səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak etdi.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılmasının Ulu Öndər Heydər Əliyevin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafının Prezident İlham Əliyevin adı ilə bağlı olduğundan bəhs etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsinin, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyduğunu diqqətə çatdırdı.

İcra başçısı Əziz Əzizov sakinlərlə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən bütün ölkə ərazisində, o cümlədən Yasamal rayonunda 2018-ci ilin əvvəlindən başlayaraq həyata keçirilən iri miqyaslı abadlıq və quruculuq işləri, əhalinin sosial və iqtisadi problemlərinin kompleks həlli istiqamətində icra olunan dövlət proqramları və cari işlər, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil, səhiyyə və mədəniyyət sahəsində xidmətləri, ölkə rəhbərliyinin daxili və xarici siyasətinin əhali, əmək kollektivləri, xüsusən yeniyetymə gənclər arasında təbliğinin əhəmiyyəti barədə sakinlərə geniş məlumat verdi.

Sonra səyyar qəbul-görüşdə iştirak edən sakinlər istilik xəttinin təmiri, həyətlərin abadlaşdırılması və digər sosial problemlərlə bağlı icra başçısı Əziz Əzizova müraciət etdilər.

Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər