Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində yola düşdülər

14 noyabr 2018 | 11:00

Noyabrın 14-də Yasamal rayon orta ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 40 şagird “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə şəhərinə yola düşmək üçün Yasamal rayon Heydər Əliyev Mərkəzinə toplaşdılar. “Ölkəmizi Tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edən Yasamal rayon məktəbliləri 4 gün davam edəcək tur-aksiyada Gəncə-Şəmkir-Göygöl üzrə bu rayonların müasir həyatı, tarixi,irsi, adət-ənənələri və özünəməxsus xüsusiyyətləri ilə tanış olacaqlar. Təntənəli yolasalmada valideynlər, müharibə və əmək veteranları, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsini ziyarət edib gül dəstələri qoydular, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başcısı Əziz Əzizov vurğuladı ki, “Ölkəmizi Tanıyaq” lahiyəsi şagirdlərin hərtərəfli inkişafı, dünyagörüşlərinin zənginləşməsi, vətənpərvərlik və Azərbaycançılıq prinsipləri əsasında tarixi mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir. Bildirdi ki, məktəblilər Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfər edəcək, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış olacaqlar, respublikamızın regionlarına səyahət şagirdlərdə xalqımızın malik olduğu multikultural dəyərlər barədə hərtərəfli təsəvvür formalaşdırır. Bu maarifləndirici tur-aksiya gənclərin tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir.Bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə kömək edir, məktəblilər tur-aksiya zamanı Vətənimizin inkişafını öz gözləri ilə görür və yeni biliklər əldə edirlər.

Çıxış edən şagirdlər, müəllimlər, valideynlər bu şəraiti yaratdığı üçün dövlətimizin başçısı Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə Yasamal rayon 22 saylı Musiqi Məktəbinin, İncəsənət gimnaziyasının və 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri bədii kompozisiyalarla çıxış etdilər.

Sonra Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 40 nəfərlik tur-aksiya iştirakçılarına xatirə hədiyyələri verildi və iştirakçılar onlar üçün ayrılan xüsusi avtobusla Gəncə şəhərinə yola salındılar.

Keçidlər