Şriftin ölçüsü :

Saytın rəngi :

153 nömrəli orta məktəbdə Yasamal sakinlərilə görüş keçirildi

01 noyabr 2018 | 11:00

Noyabrın 1-də Yasamal rayon icra hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində, Eldar Ağayev (Qızıl Şərq Hərbi şəhərcik) küçəsində yaşayan sakinlərlə səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak etdi.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlərin makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verdiyini bildirdi. İcra başçısı Ə.Əzizov qeyd etdi ki, bu siyasətin əsas mahiyyəti aztəminatlı əhali qruplarının dayanıqlı təminat sistemini yaratmaq, bununla da, ölkə əhalisinin həyat şəraitinin uzunmüddətli yaxşılaşdırılmasına nail olmaqdır.

Əziz Əzizov çıxışında həmçinin dövlət başçısının tapşırığına əsasən paytaxtda quruculuq işləri çərçivəsində şəhərsalmanın müasir tələblər səviyyəsinə uyğunlaşdırılmasına diqqət yetirildiyini nəzərə çatdırdı. Belə ki, Bakının hər yerində olduğu kimi Yasamal rayonunda da abadlıq işləri aparılır. Son bir neçə ay ərzində rayon ərazisində, Yeni Yasamal yaşayış massivində yeləşən istirahət parkı yenidən qurulub, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra binaların qarşısında 16-dan çox yeni abad məhəllə salınıb. Rayonda qeyri-qanuni tikintilərin sökülməsi və zəbt olunan ərazilərin təyinatı üzrə istifadəyə geri qaytarılması istiqamətində də işlər davam etdirilir. Artıq rayonun bir sıra küçələrində qanunsuz tikintilər, həmçinin zəbt olunan ərazilərdə hasarlar tamamilə sökülüb. Bununla bağlı mütamadi reydlər də aparılır.

Sonra səyyar qəbul-görüşdə iştirak edən sakinlər asfalt örtüyünün vurulması, istilik xəttinin təmiri, həyətlərin abadlaşdırılması və digər sosial problemlərlə bağlı icra başçısı Əziz Əzizova müraciət etdilər.

Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər