Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirildi

27 oktyabr 2018 | 11:00

Oktyabrın 27-də Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində Ərzaq məhsullarının tədarükü və təchizatı ASC-nin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayıb və istehlakçıların ixtiyarına verilib.

Hər həftənin şənbə, bazar günləri fəaliyyət göstərəcək yarmarkada kiçik və orta fermerlərdən tədarük olunmuş 122 adda, 40 tondan artıq ekoloji təmiz məhsullar satışa çıxarılacaq. Qiymətlər bazarlardakından 20% ucuzdur. Alış-veriş edən paytaxt sakinləri qiymətlərin əlverişli olmasını və digər yerlərdən aşağı olduğunu bildirdilər.

Yarmarkanın açılışında iştirak edən İdarə Heyətinin sədri Əbülfət Qocayev və Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məhsullara baxış keçirib və alıcılarla söhbət etdilər. Paytaxt sakinləri bu cür ucuz yarmarkaların təşkil olunmasına ehtiyac olduğunu bildirdilər. Gələcəkdə yarmarkanın gündəlik fəaliyyət göstərməsi nəzərdə tutulub.

Səhmdar Cəmiyyət paytaxtın digər ərazilərində də satış yarmarkaların təşkil olunması üçün işlər aparır.

Keçidlər