Şriftin ölçüsü :

Saytın rəngi :

Diabet nəzarətdə, uğur irəlidə!

27 oktyabr 2018 | 11:00

Oktyabrın 27-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Diabet Liqası İctimai Birliyi və Respublika Endokronoloji Mərkəzin birgə təşkilatçılığı ilə “Diabet nəzarətdə, uğur irəlidə” adlı layihə çərçivəsində “Diabet, diabetin idarə edilməsi” mövzusunda tədbir keçirildi.

Tədbirdə Azərbaycan Diabet Liqası İctimai Birliyinin sədri , Respublika Endokrinoloji Mərkəzin endokrinoloqu Yeganə Sultanova, REM-in pediatr-endokrinoloqları , şəkərli diabetli uşaqlar və digər qonaqlar iştirak etdilər.

İlk öncə qonaqlar Mərkəzin muzey bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq, ümummilli liderin əziz xatirəsini yad etdilər. Sonra qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli həyat yolu və zəngin siyasi fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar barədə ətraflı məlumat verildi.
Mərkəzin kitabxana bölməsində “Diabet nəzarətdə, uğur irəlidə” adlı layihə çərçivəsində müsabiqənin I mərhələsi üzrə şəkərli diabet diaqnozu olan uşaqların bilik və bacarıqlarının nümayişi ilə əlaqadar sınaq imtahanı keçirildi. DiabetLİ uşaqların iştiraki ilə keçirilən imtahanın sonunda uşaqların bilik və bacarığı münsiflər tərəfindən qiymətləndirildi.

Respublika üzrə “Diabet nəzarətdə, uğur irəlidə!” adlı bu layihə üç mərhələdə həyata keçiriləcək.

Keçidlər