Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünyanı sülhə səsləyək” adlı dəyirmi masa

21 sentyabr 2018 | 11:00

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 sentyabr  2018-ci il tarixdə “Dünyanı sülhə səsləyək” adı altında dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Oruc Quliyev açaraq bildirdii ki, BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə 21 sentyabr bütün dünyada Beynəlxalq Sülh Günü   kimi  qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində "Peace one day"i yaratmışdı. Onun əsas məqsədi  heç olmasa ildə bircə gün atəşkəs, bütün dünyada insan zorakılığının baş verməsinin qarşısının alınması idi.  21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə edilməsinə nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 sentyabr bütün bəşəriyyət  üçün çox vacibdir.

Yasamal rayonu Ağsaqqallar Şurasının üzvü, fəxri müəllim Rafiq Cavadov çıxışında qeyd etdi ki,  əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının iyirmi faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün  xüsusi əhəmiyyət kəsb edir. Uzun illər ərzində  Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atmasına baxmayaraq Ermənistanın ölkəmizə qarşı təcavüzü hələ də davam edir. Rafiq Cavadov çıxışını dahi Azərbaycan şairi Nizami Gəncəvinin ibrətamiz misraları ilə bitirdi.

Kitabxananın əməkdaşları  Pərvin Mehdiyeva, Nübar Cəlilova, Sona Yaqubova, Fəridə Quluzadə çıxışlarında bildirdilər ki, Beynəlxalq Sülh Günü   BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır – Sülh! Bu sözün böyük mənası qanlı müharibələrin bütün iztirab və ağırlıqlarını görmüş insanlar üçün əzizdir, qiymətlidir. Dərisinin rəngindən, dini etiqadlarından asılı olmayaraq, yüz milyonlarla insan sülhü qorumaq, yeni qanlı müharibələrin qarşısını almaq üçün birləşməlidir.

Tədbir boyu Beynəlxalq Sülh Gününə həsr olunmuş video çarx nümayiş etdirildi.

Tədbirin sonunda “Biz sülh istəyirik” adlı kitab sərgisinə baxış keçirildi.

21 sentyabr 2018-ci il tarixdə  Yasamal rayonu Mikayıl Müşfiq adına bağda Beynəlxalq Sülh Günü   münasibəti ilə “Dünyaya sülh” adlı kitab sərgisi təşkil olundu. Açıq havada təşkil olunan səyyar sərgi oxucuların böyük marağına və diqqətinə səbəb oldu.

Keçidlər