Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Musiqi günü

18 sentyabr 2018 | 11:00

Mədəniyyət tariximizin əlamətdar günlərindən biri olan ”Milli Musiqi günü” münasibəti ilə 18 sentyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Musiqi palitrası” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdilər. Konsert Milli İncəsənət Muzeyinin qonaqları olan “Avropa-Azərbaycan” məktəbinin şagirdləri tərəfindən böyük maraqla qarşılandı. Maarifləndirmə məqsədi ilə İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova tamaşaçılara əlamətdar günün tarixindən, Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun yaradıcılığından məlumat verdi.

Tədbirin sonunda Üzeyir Hacıbəyovun yaradıcılığından bəhs edən sənədli film nümayiş olundu.

Keçidlər