Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbələrin”Bilik günü” həyəcanı

15 sentyabr 2018 | 11:00

Sentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin hər iki Yasamal və Sabunçu tədris korpusunda “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru hüquq elmləri üzrə fəlsəfə doktoru Qulu Novruzov açıq elan edərək müəllim və tələbə heyətini “Bilik günü” münasibətilə təbrik etdi. Qulu Novruzov çıxışında, həmçinin, Bakının 100 il öncə Nuru Paşanın rəhbərliyi altında olan Qafqaz İslam Ordusu tərəfindən bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlarından azad edilməsinin əhəmiyyətini vurğuladı.

ADPK-nın Yasamal korpusunda keçirilən tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tələbə və müəllim kollektivini bayram münasibətilə təbrik etdi. Bildirdi ki, ölkəmizdə təhsil sisteminin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Ölkəmizdə hər il yeni məktəb binaları tikilib istifadəyə verilir, qəzalı vəziyyətdə olan təhsil müəssisələri təmir edilir, müasir avadanlıqla təmin olunur. Azərbaycanda təhsil sistemi getdikcə inkişaf edir. Erməni qəsbkarlarının zəbt etdikləri torpaqlarımızın tezliklə azad olunmasını və “Bilik günü”nün həmin bölgələrdə də təntənə ilə keçirilməsini arzu edirik. İnanırıq ki, ölkə Prezidentinin yürütdüyü məqsədyönlü siyasət nəticəsində bu arzumuz tezliklə reallaşacaq”.

Yekunda yüksək bal toplayan tələbələr müxtəlif hədiyyələr ilə mükafatlandırıldı.

Tədbir konsert proqramı ilə başa çatdı. Bilik gününə həsr olunmuş tədbir ADPK-nın Sabunçu korpusunda davam etdirildi.

Keçidlər