Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Yasamal yaşayış massivinin sakinləri irimiqyaslı abadlıq-quruculuq işlərinə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər

30 avqust 2018 | 11:00

Avqustun 30-da 4 nömrəli sahə inzibati ərazi dairəsi Yeni Yasamal 1, 7 saylı evin məhəllədaxili ərazisində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və sakinlər iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən bütün ölkə ərazisində həyata keçirilən iri miqyaslı abadlıq və quruculuq işləri, əhalinin sosial və iqtisadi problemlərinin kompleks həlli istiqamətində icra olunan dövlət proqramları və cari işlər, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil, səhiyyə və mədəniyyət sahəsində xidmətləri barədə sakinlərə geniş məlumat verdi.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında bildirdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Abad məhəllə” layihəsi Yasamal rayonunda uğurla həyata keçirilir. Belə ki, son bir neçə ay ərzində rayon ərazisində 20 yeni abad məhəllə salınması istiqamətində geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Artıq Hüseyn Cavid prospekti 87A,Yeni Yasamal yaşayış massivində Əhməd Cəmil küçəsi 70, Dadaş Bünyadzadə küçəsi 14 , Əsəd Əhmədov küçəsi 3, və 5 , Xarici Dairəvi yol 11 nömrəli yaşayış evlərinin ətrafında “Abad məhəllə layihələri uğurla başa çatdırılıb. Ümumilikdə Yeni Yasamal yaşayış massivində bütün küçələrdə yenidənqurma və asfalt örtüklərinin vurulması işləri aparılmışdır. Hal-hazırda xeyli müddət baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüş Yeni Yasamal parkında təsdiq olunmuş layihəyə uyğun olaraq ən müasir tələblərə cavab verən istirahət məkanının yaradılması, Məhəmməd Xiyabani, Dadaş Bünyadzadə küçələrində və “A” keçidində abadlıq-quruculuq işləri davam etdirilir.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında qeyd etdi ki, həyata keçirilən abadlıq-quruculuq işlərində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların firavan həyat şəraitinin təmin olunmasına dair göstərişlərini yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirməkdən ibarətdir.

Yeni Yasamal yaşayış massivinin sakinləri son bir neçə ay ərzində yaşadıqları ərazidə aparılan irimiqyaslı abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Yeni Yasamal yaşayış massivinin sakinləri asfalt örütüyünün vurulması, məhəllənin işıqlandırılması, binaların dam örtüyünün təmiri, istiliklə təmin olunması, fasiləsiz su təminatı, 308 saylı tam orta məktəbin istilik sisteminin təmiri, yaşıllıqlar və digər sosial problemlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək onların və digər cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər