Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə xeyriyyə tədbiri

22 avqust 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə xeyriyyə tədbiri keçirdi.

Böyük Vətən müharibəsi, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, “Qızıl Aypara”, Korlar, Əlil Qadinlar, Çernobıl və 20 Yanvar şəhid və əlilləri cəmiyyətləri, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayonun aztəminatlı sakinlərinin, rayonda məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə təşkil olunan tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək hər kəsi müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik etdi, bu münəvvər gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik. Bütün dualarımız Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığıdır. Bu gün ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu tolerant Azərbaycanda Prezident İlham Əliyev tərəqqi, rifah, sülh və sabitlik yoluna sadiq qalaraq, dövlətçilik siyasətində müqəddəs mənəvi dəyərlərə daim yüksək qiymət verir, birlik və qardaşlıq dini olan İslam dininin ümumbəşəri mahiyyətinə böyük hörmətlə yanaşır. Bu səbəbdəndir ki, Azərbaycanda milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban bayramı hər il böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin, xalqımızın sosial-iqtisadi inkişafı və firavanlığı üçün dualar oxunur, şəhid Azərbaycan övladlarının xatirəsi ehtiramla yad edilir.

Qurban Bayramı ilə əlaqədar Yasamal rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 2000-dən çox ailəyə qurban payları paylandı.

Keçidlər