Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimləri keçirildi

17 avqust 2018 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində növbəti yeni ailə quran gənclərin nikah mərasimləri keçirildi . Avqustun 17-də yeni ailə quran üç cütlük öz doğmaları ilə birlikdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək, mərkəzdəki büstünün önünə gül-çiçək dəstələri qoydular. Mərasim iştirakçıları ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açdılar, yeni ailə quranların doğmaları gənclərə xoş arzularını bildirdilər.

Sonra mərkəzin geniş və yaraşıqlı foyesində rayon Qeydiyyat şöbəsi tərəfindən nikah aktının imzalanması mərasimi oldu. Çıxış edənlər bu gün ölkəmizdə gənc ailələrə, onların sosial qayğılarının həllinə xüsusi qayğı və diqqət göstərildiyini xüsusi vurğuladılar. Ölkəmizdə kifayət qədər qanunların, normativ aktların və hüquqi bazanın mövcudluğundan bəhs etdilər. Ailə həyatı quran gənclərin valideynləri, qohumları və doğmaları, eləcə də rayonda fəaliyyət göstərən müəssisə rəhbərləri onları təbrik edərək ailə dəyərlərini təlqin etməyi tövsiyə etdilər.

Yeni ailə həyatı quran gənclər nikah mərasimlərinin ulu öndərin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur duyduqlarını vurğulayaraq, onun təməlini qoyduğu bu qayğının onların həyatında ən xoşbəxt gün, ən yaddaqalan hadisə olduğunu bildirdilər.

Gənclər tərəfindən imzalar atıldıqdan sonra hər iki cüt gəncin ailə nikahları rəsmi qeydə alındı. Yeni ailə quran gənclərlə ənənəvi olaraq Yasamal parkında xatirə şəkilləri çəkdirildi.

Keçidlər