Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseyn Cavid prospekti, 518-ci məhəllənin sakinləri yaradılan “Abad Həyət”ə görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirdilər

09 avqust 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun avqustun 9-da növbəti səyyar qəbul-görüşü 2 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində, Hüseyn Cavid prospekti, 518-ci məhəllənin sakinlərilə keçirilib. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə çıxış edərək bildirdi ki, Azərbaycan xalqı özünün daha parlaq gələcəyinin qarantı olan möhtərəm cənab Prezidentə dönə-dönə minnətdardır ki, o, doğma respublikamızın ulu öndərin müəyyən etdiyi strateji yolla irəliləyərək, daha da inkişaf edərək çiçəklənməsi üçün əlindən gələni əsirgəmir. Prezident İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri ölkənin hər yerində olduğu kimi, Bakının Yasamal rayonunda da yüksək templə davam edir. Əziz Əzizov çıxışında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Abad Həyət” layihəsinin rayonda uğurla aparıldığını xüsusi vurğuladı. Belə ki, son bir neçə ay ərzində rayon ərazisində bir sıra binaların qarşısında 17- yeni abad məhəllə salınması istiqamətində sürətli abadlıq işləri görülür. Bu məhəllələrdən artıq bir neçəsi istifadəyə verilib. Ümumiyyətlə, abad həyət salınan məhəllələrdə özbaşına zəbt edilmiş, müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, ərazilər hasar və çəpərlərdən azad edilib, təmizlik işləri aparılıb, qurumuş və küləkli havalarda təhlükə yarada bilən ağaclar budanıb və kəsilib. Həmin massivlərdə uşaq əyləncə meydançaları, oturacaqlar, işıq dirəkləri quraşdırılıb, məhəllədaxili yollara bordür, keramik plitə, aqlay döşənib, həmin küçə və ərazilərdə ağaclar, kollar və güllər əkilib, qazon salınıb, uşaqlar üçün futbol meydançaları, əyləncə avadanlıqları quraşdırılıb, sakinlərin istirahəti üçün söhbətgahlar yaradılıb. Hal-hazırda rayon ərazisində 200-dək binanın bloklarında təmir işləri aparılır, işıqlandırma sistemləri qurulur, sakinlərin rahatlığını təmin etmək məqsədilə təhlükəsizlik kameralarının quraşdırılması həyata keçirilir.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında həmçinin bildirdi ki, son bir neçə ay ərzində Yasamal rayonunda kütləvi şəkildə aparılan abadlıq quruculuq işləri Əhməd Cəmil küçəsi 70, Hüseyn Cavid prospekti 87A, Dadaş Bünyadzadə küçəsi ev 14 , Əsəd Əhmədov küçəsi ev 3, 5 , Xarici Dairəvi yol ev 11 ünvanlarında uğurla başa çatdırılıb.

Sonra səyyar qəbul-görüşdə iştirak edən Hüseyn Cavid Prospekti, 518-ci məhəllə sakinləri R.Mirzəzadə, D.Mustafayeva, T.Quliyev, M.Abdullayev, T.Pənahov, R.Kəsəmənli və digərləri həyətin işıqlandırılması, həyətyanı sahədə abadlıq, quruculuq işlərinin aparılması və digər sosial problemlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə qaldırılan problemlərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər