Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Heydər Əliyev Mərkəzində nikah mərasimləri keçirildi

10 avqust 2018 | 11:00

Azərbaycan xalqı ailə dəyərlərini, ailə ləyaqətini həmişə hər şeydən üstün tutub. Müstəqil Azərbaycanda dövlət-ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər ailə məfhumunun aliliyini daim vurğulayıb.

Yasamal rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasiminin keçirilməsi də artıq bir ənənə halını almışdır. Avqustun 10-da yeni ailə quran üç cütlük öz doğmaları ilə birlikdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək, mərkəzdəki büstünün önünə gül-çiçək dəstələri qoydular. Mərasim iştirakçıları ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açmış, yeni ailə quran cütlüyə xoş arzularını bildirmişlər.

Sonra mərkəzin geniş və yaraşıqlı foyesində rayon Qeydiyyat şöbəsi tərəfindən nikah aktının imzalanması mərasimi oldu. Çıxış edən natiqlər bu gün ölkəmizdə gənc ailələrə, onların sosial qayğılarının həllinə xüsusi qayğı və diqqət göstərildiyini xüsusi vurğuladılar. Gənc ailələrin möhkəm təməl üzərində qurulması üçün ölkəmizdə kifayət qədər qanunların, normativ aktların və hüquqi bazanın mövcudluğundan bəhs etdilər. Həmçinin yeni ailə quran gənclərə cəmiyyətimizin müqəddəs təməl daşı olan ailə dəyərlərinə hər zaman sadiq qalmağı arzulayıblar. Ailə həyatı quran gənclərin valideynləri, qohumları və doğmaları onları təbrik edərək ailə dəyərlərini uca tutmağı tövsiyə etdilər.

Yeni ailə həyatı quran gənclər nikah mərasimlərinin ulu öndərin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur duyduqlarını vurğulayaraq, bu günün onların həyatında ən xoşbəxt gün, ən yaddaqalan hadisə olduğunu bildirdilər.

Sonda gənclər tərəfindən imzalar atıldıqdan sonra hər üç cüt gəncin ailə nikahları rəsmi qeydə alındı. Yeni ailə quran gənclərlə xatirə şəkilləri çəkdirildi.

Keçidlər