Şriftin ölçüsü :

Saytın rəngi :

Nazim Hikmət küçəsində keçirilən səyyar qəbul-görüşdə sakinlərin problemləri dinlənilib, operativ həll olunması üçün tapşırıqlar verilib

02 avqust 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun avqustun 2-də növbəti səyyar qəbul-görüşü 1 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində, Nazim Hikmət küçəsi, 25/27 saylı binanın sakinlərilə keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bu gün respublikanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş tikinti-abadlıq işləri aparılır - yeni yollar çəkilir, uşaq bağçası tikilir, sosial layihələr həyata keçirilir. Dövlət başçısı tərəfindən ölkə əhalisinə göstərilən diqqət və qayğı günü-gündən artırılır, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür. Son bir neçə ay ərzində rayon ərazisində bir sıra binaların qarşısında 17- yeni abad məhəllə salınması istiqamətində sürətli abadlıq işləri görülür. Bu məhəllələrdən artıq bir neçəsi istifadəyə verilib. Həmçinin bugünədək 24 binanın blokları təmir olunub. Rayon sakinlərinin rahatlığını təmin etmək məqsədilə yaşayış binalarının bloklarında təhlükəsizlik kameralarının quraşdırılması da nəzərdə tutulub. Əziz Əzizov çıxışında bildirdi ki, əsas məqsədimiz, vəzifəmiz ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycan xalqının etimadını doğrultmaq, vətəndaşların rahat həyat şəraitinin yaradılmasına xidmət etməkdən ibarətdir.

İcra başçısı Əziz Əzizov həmçinin ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə rayon icra hakimiyyətlərinin sakinlərlə keçirilən görüşlərin də məhz əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkanlar yaratdığını xüsusi vurğuladı.

Sonra səyyar qəbul-görüşdə iştirak edən sakinlər çıxış edərək ölkə Prezidenti İlham Əliyevin Yasamal rayonuna göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, görülən işlərə görə dövlət başçısına öz dərin minnətdarlıqlarını bildirdilər.

Nazim Hikmət küçəsinin sakinləri asfalt örtüyünün vurulması, həyətin işıqlandırılması, həyətyanı sahədə abadlıq, quruculuq işlərinin aparılması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə qaldırılan problemlərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Görüş başa çatdıqdan sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə birgə Nazim Hikmət küçəsi, 25/27 saylı binaların həyətinə baxış keçirmiş, ərazidəki çatışmazlıqlarla yerindəcə tanış olmuşdur.

Keçidlər