Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1-ci Alatava küçəsinin sakinləri ilə görüş keçirib

26 iyul 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iyulun 26-da növbəti səyyar qəbul-görüşü 2 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində, 1-ci Alatava küçəsinin sakinləri ilə keçirilib. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət proqramlarının uğurla icrası nəticəsində Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin aparılmasını, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, yolların salınması və əsaslı təmir edilməsini vurğuladı. İcra başçısı Əziz Əzizov 1-ci Alatava sakinlərinin diqqətinə çatdırdı ki, Yeni Yasamal yaşayış massivində istirahət parkının əsaslı şəkildə yenidən qurulması işlərinin xeyli hissəsi artıq başa çatdırılmışdır. Həmçinin Əsəd Əhmədov küçəsinin Xarici Dairəvi yoldan başlayaraq A.M.Şərifzadə küçəsinə qədər uzanan 3100 metr hissəsində, o cümlədən, M.Xiyabani, D.Bünyadzadə, A keçidində, ümumiyyətlə, Yeni Yasamal yaşayış massivində bütün küçələrdə yenidənqurma və asfaltlaşdırma işləri aparılmışdır.

Sonra səyyar qəbul-görüşdə iştirak edən sakinlər Yasamal rayonunda aparılan abadlıq-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

1-ci Alatava sakinləri Ə.Hacıyev, Q.Hüseynov, S.Xəlilova, R.Həsənov, N.Azadova, A.Əliyev, F.Məmmədova, T.Həsənova və digərləri asfalt örütüyünün vurulması, həyətin işıqlandırılması, həyətyanı sahədə abadlıq, quruculuq işlərinin aparılması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə qaldırılan problemlərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər