Şriftin ölçüsü :

Saytın rəngi :

Məmməd Rahim küçəsinin sakinləri yaradılmış abad məhəlləyə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər

19 iyul 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iyulun 19-da növbəti səyyar qəbul-görüşü 2 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində, Məmməd Rahim küçəsi 20 saylı binanın sakinləri ilə keçirilib. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtda quruculuq işləri çərçivəsində şəhərsalmanın müasir tələblər səviyyəsinə uyğunlaşdırılmasına diqqət yetirilir. Bir çox küçə və prospektdə yaşayış və parkların müasir, zövq oxşayan forma və üslubda bərpası, yol infrastrukturunun yenidən qurulması bu gün də davam etdirilir. Bakının hər yerində olduğu kimi Yasamal rayonunda da abadlıq işləri aparılır. Həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində məhəllələrdə “nümunəvi həyət”lərin salınması görülən işlərin tərkib hissəsidir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsinin rayonda uğurla aparıldığını vurğuladı. Belə ki, son bir neçə ay ərzində rayon ərazisində bir sıra binaların qarşısında 17- yeni abad məhəllə salınması istiqamətində sürətli abadlıq işləri görülür. Bu məhəllələrdən artıq bir neçəsi istifadəyə verilib. Həmin abad həyətlərdən biri də bu gün görüş keçirdiyimiz Məmməd Rahim küçəsi 20 saylı binanın həyətidir. Bu həyətdə vətəndaşların istirahəti üçün hər cür şərait yaradılıb. Ümumiyyətlə, abad həyət salınan məhəllələrdə özbaşına zəbt edilmiş, müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, ərazilər hasar və çəpərlərdən azad edilib, təmizlik işləri aparılıb, qurumuş və küləkli havalarda təhlükə yarada bilən ağaclar budanıb və kəsilib. Həmin massivlərdə uşaq əyləncə meydançaları, oturacaqlar, işıq dirəkləri quraşdırılıb, məhəllədaxili yollara bordür, keramik plitə, aqlay döşənib, həmin küçə və ərazilərdə ağaclar, kollar və güllər əkilib, qazon salınıb, uşaqlar üçün futbol meydançaları, əyləncə avadanlıqları quraşdırılıb, sakinlərin istirahəti üçün söhbətgahlar yaradılıb.

Sonra səyyar qəbul-görüşdə sakinlər yaradılmış abad məhəlləyə görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər.

Görüşdə sakinlər digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə qaldırılan problemlərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər