Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda keçirilən səyyar-qəbul görüşlər sakinlərin problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır

12 iyul 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iyulun 12-də növbəti səyyar qəbul-görüşü 2 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində, Şahbazi küçəsi 99 saylı binanın sakinləri ilə keçirilib. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək görüşdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb. İcra başçısı Əziz Əzizov çıxışında bildirib ki, Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri və yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Yasamal rayonu ərazisində geniş abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanmışdır. Belə ki, Yeni Yasamal yaşayış massivində istirahət parkının əsaslı şəkildə yenidən qurulması işlərinin xeyli hissəsi artıq başa çatdırılmışdır. Həmçinin Əsəd Əhmədov küçəsinin Xarici Dairəvi yoldan başlayaraq A.M.Şərifzadə küçəsinə qədər uzanan 3100 metr hissəsində, o cümlədən, M.Xiyabani, D.Bünyadzadə, A keçidində, ümumiyyətlə, Yeni Yasamal yaşayış massivində bütün küçələrdə yenidənqurma və asfaltlaşdırma işləri aparılmışdır. Bundan başqa Yasamal rayonu, Şahbazi küçəsi, 583-cü məhəllədə yerləşən 2 korpusdan ibarət 11 saylı körpələr evi-uşaq bağçasında müxtəlif vaxtlarda cari təmir işləri aparılsa da körpələr evi-uşaq bağçası bu günün tələblərinə cavab vermədiyindən Yasamal rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə elə həmin yerdə müasir tipli 200 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə başlanılmışdır. Hal-hazırda tikinti işləri sürətlə aparılır.

İcra başçısı Əziz Əzizov çıxışında həmçinin bildirib ki, ölkə prezidentinin qarşımıza qoyduğu tapşırıqlara uyğun olaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən yaşayış məhəllələrinin abadlaşdırılması istiqamətində 17 məhəllədə iri həcmli və geniş miqyaslı işlərin həyata keçirilməsi davam etdirilir.

Sonra Şahbazi küçəsi 99 saylı binanın sakinləri “Pilot layihə”, "Sosial mənzil" layihəsi haqqında məlumat verilməsini icra başçısından xahiş etdilər. O cümlədən, asfalt örütüyünün vurulması, həyətin işıqlandırılmasını, binanın istiliklə təmin olunmasını və və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Səyyar-qəbul görüşdə sakinlərin suallarını cavablandıran Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkə Prezidentinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasının dayandığını bildirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkəmizdə "Sosial mənzil" layihəsi və qəzalı binaların sökülərək yerində yenisinin tikilməsi uğurla həyata keçirilir. Yasamal rayonunda “Pilot layihə” çərçivəsində iki bina artıq istifadəyə verilmişdir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə qaldırılan problemlərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər