Şriftin ölçüsü :

Saytın rəngi :

Moskva Prospekti 75, 75 A saylı binanın sakinlərinin problemləri ətraflı dinlənildi

05 iyul 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iyulun 5-də növbəti səyyar qəbul-görüşü 1 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində, Moskva Prospekti 75, 75 A saylı binanın sakinləri ilə keçirilib. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək görüşdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb. İcra başçısı Əziz Əzizov çıxışında ölkə başçısının tapşırığına əsasən yerlərdə keçirilən bu cür görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını söyləyib.

Moskva Prospekti 75, 75 A saylı binaların sakinləri bir neçə gün öncə Yasamal rayon İcra Hakimiyyəti başçısına yaşadıqları binanın həyətyanı sahəsində abadlıq, quruculuq işlərinin aparılması, yaşıllığın, istirahət məkanının salınması ilə bağlı etdikləri müraciətə əsasən bu gün burada keçirilən görüşün təşkil olunmasına görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə qaldırılan problemlərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Görüş başa çatdıqdan sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə birgə Moskva Prospekti 75, 75 A saylı binaların həyətinə baxış keçirmiş, ərazidəki çatışmazlıqlarla yerindəcə tanış olmuşdur.

Keçidlər