Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Polis günü qeyd olundu

02 iyul 2018 | 11:00

İyulun 2-də Azərbaycan Polisi Günü və Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə Yasamal rayon İcra Hakimiyyəti rayon Polis İdarəsində tədbir keçirdi. Tədbirdə Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin rəhbərliyi və idarənin əməkdaşları iştirak etdilər.

Tədbiri rayon Polis İdarəsinin rəisi polkovnik İsfəndiyar Mehbalıyev açaraq bildirdi ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Polisi Günü münasibətilə rayon Polis İdarəsinin rəhbərliyini və əməkdaşlarını təbrik edərək söylədi ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçmişdir. Polisin şanlı tarixinin ən mühüm mərhələləri, sözsüz ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra, Daxili İşlər Nazirliyinə dövlət qayğısı güclənməklə xalqa sədaqətli kadrların irəli çəkilməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildi. Bunun nəticəsi idi ki, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Ermənistanın təcavüzünə qarşı mübarizənin ön sıralarında mərdliklə döyüşən polis yüzlərlə şəhid versə də, öz vətəndaşlıq borcunu sonadək yerinə yetirdi.

Rayon Məhkəməsinin sədri Araz Hüseynov cıxış edərək Azərbaycan Polisinin dövlətçilik və ictimai asayişin qorunmasındakı rolundan danışdı. Vurğuladı ki, bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Dövlətimizin asayişini qorumaq onların üzərinə düşür, biz də hər zaman onlara dəstək olmalıyıq.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına İcra Hakimiyyətinin “Fəxri fərmanları” təqdim edildi.

Keçidlər