Şriftin ölçüsü :

Saytın rəngi :

“Sovetski” sakinlərinin problemləri ətraflı dinlənildi

23 iyun 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iyunun 21-də növbəti səyyar qəbul-görüşü 3 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində, İslam Səfərli küçəsi 67 saylı binasının sakinləri ilə keçirilib. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Səyyar qəbulda rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisində həyata keçirilən geniş və iri miqyaslı abadlıq-quruculuq işləri, “Pilot” layihələr, onların icrası ilə qəzalı vəziyyətdə olan evlərin kütləvi surətdə sökülərək yerində müasir layihələr əsasında yeni binaların inşasının üstünlükləri, Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar “Sovetski” adlanan ərazidə yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınması, kommunal xidmətlərin fəaliyyəti, o cümlədən qarşıda duran vəzifələr və s. barədə rayon sakinlərinə ətraflı məlumat verdi. Rayon İcra başçısı həmçinin bildirdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin S1 nömrəli 16 fevral 2018-ci il tarixli Qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyov, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli komunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün olan orqan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin müəyyən edilmişdir. Sovetski”nin köçürülməsi hələ SSRİ dövründə paytaxtımız üçün vacib sayılan layihə idi. Bu iri miqyaslı tarixi layihə yalnız müstəqil ölkəmizin iqtisadi inkişaf dövründə dövlət başçısının təşəbbüsü ilə həllini tapdı və şəhərin mərkəzində on illər boyu qəzalı, yarı uçuq evlərdə yaşayan Yasamal əhalisinin mənzil şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynadı.

Əziz Əzizov həmçinin Sovetski ərazisində mənzili söküntüyə düşən vətəndaşlara onları maraqlandıran əlavə suallarla bağlı Yasamal rayonu, İnşaatçılar prospekti, 28B nömrəli ünvana həftənin II və V günləri saat 10:00-dan 18:00-dək müraciət edə biləcəklərini qeyd etdi.

Sonra sakinlərdən A.Şükürov, Ə.Bədəlov, F.Cavadzadə, R.Qulubəyova, N.Şıxəliyev, Z.Əliyeva və digərləri asfalt örtüyünün salınması, su-kanalizasiya xəttinin təmiri, qaz təchizatının yaxşılaşdırılması, abadlıq işlərinin davam etdirilməsi və digər sosial problemlərlə bağlı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə yerindəcə tapşırıqlar verdi.

Keçidlər