Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun- Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi

12 iyun 2018 | 11:00

İyunun 12-də Yasamal rayon Heydər Əliyev Mərkəzində 15 iyun- Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə tarix elmləri doktoru, professor, BDU-nin Azərbaycan tarixi kafedrasının müəllimi Nuru Məmmədov, rayon ərazisində fəaliyyət göstərən tam orta məktəblərin müəllim və şagird kollektivləri iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Mərkəzin elmi- işçisi Günel Həsənova giriş sözü ilə tədbiri açaraq, 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqı müstəqilliyini əldə etdiyi ilk illərdə çox ağır dövr yaşayıb: “Hökm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni iqtisadi böhrana sürükləmişdi. Belə ağır dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ölkədə sabitliyə nail ola bildi. Azərbaycan qısa zamanda iqtisadi sabitlik və inkişafa qədəm qoydu. Bu irəliləyiş əsası Ulu Öndər tərəfindən qoyulan güclü iqtisadi inkişaf strategiyası sayəsində mümkün olub”.

Tarix elmləri doktoru, professor, BDU-nin Azərbaycan tarixi kafedrasının müəllimi Nuru Məmmədov geniş mühazirə ilə çıxış edərək diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, hərbi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlandı: “Əsası qoyulan düzgün, məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın inkişaf etmiş hüquqi, demokratik dövlətlərindəndir”.1993-cü il iyunun 15-də xalqımızın azadlığının, dövlətçiliyimizin müqəddəratının həll edildiyi bir vaxtda ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq çətin və şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas edərək onu gələcəyə inamla irəliləyən güclü və sabit bir dövlətə çevirib. Dahi öndərin ölkə rəhbərliyinə qayıdışının – Milli Qurtuluş Gününün 25 illiyi ölkəmizdə geniş qeyd olunur, Ümummilli Liderin Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlanır.

Sonda 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olundu

Keçidlər