Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü keçirilib

07 iyun 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iyunun 7-də növbəti səyyar qəbul-görüşü 4 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində, Yeni Yasamal-1 3,4 saylı binanın həyətində sakinlərlə keçirilib. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Görüşü rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət proqramlarının uğurla icrası nəticəsində Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, yolların salınması və əsaslı təmir edilməsini, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğuladı.

Sonra Yeni Yasamal-1 3,4 saylı binanın sakinlərindən Z.Burzuyev, E.Kərimov, V.Əliyev, Y.Abbasov, N.Eldarov, A.Sultanova, S.Kərimova, R.Mehdiyeva və digərləri asfalt örtüyünün salınması, həyətin işıqlandırılması, içməli suyun fasiləsiz təchizatı, abadlıq işlərinin davam etdirilməsi və digər sosial problemlərlə bağlı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə yerindəcə tapşırıqlar verdi.

Yeni Yasamal-1 3,4 saylı binanın sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən səyyar qəbul-görüşlərə, həmçinin sakinlərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər