Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xeyriyyə auksionu keçirildi

06 iyun 2018 | 11:00

6 iyun 2018-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Böyük səhnə” zalında rəssamlıq fakültəsinin “Sənətşünaslıq” ixtisasının IV kurs tələbələrinin “Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrası”nın müəllimi Dilarə Müzəffərlinin rəhbərliyi ilə hazırladıqları Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş xeyriyyə məqsədilə növbəti açıq ingilis üsulu auksion keçirildi.

Tədbridə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, icra hakimiyyətinin məsul işçiləri, iş adamları, Universitetin  Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak etdilər.

İlk olaraq qonaqlar hərraca çıxarılacaq əsərlərdən ibarət sərgi ekspozisiyası ilə tanış oldular. Daha sonra “Rəngkarlıq və qrafika”, “Dizayn və dekorativ-tətbiqi sənət” kateqoriyaları üzrə rəssamlıq fakültəsində təhsil alan tələbələrin müxtəlif mövzuda və texnikada yaradılmış 50 əsəri hərraca çıxarıldı. Təqdim olunan əsərlərin 48-nin satışı həyata keçdi.

Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fələsəfə doktoru Sevil Kərimova çıxış edərək bildirdi ki, tədbir rəssamlıq fakültəsində tədris edilən “Sərgi və auksion işinin təşkili” fənninin hesabatıdır və satışdan əldə olunan məbləğ xeyriyyə məqsədilə istifadə olunacaqdır.

Sonda Universitetin  Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova, iş adamlarına və digər qonaqlara xeyriyyə məqsədilə keçirilən auksionda iştirak etdiklərinə və dəstək olduqlarına görə dərin minnətdarlığını bildirdi, Qeyd etdi ki, rəssamlıq ixtisası üzrə təhsil alan tələbələrin əsərlərindən ibaərt auksion Azərbaycanda ilk dəfə məhz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil olunub və ənənəvi olaraq hər il iki dəfə keçiriləcəyi nəzərdə tutulub. Yüksək səviyyədə təşkil olunan auksionla bağlı tələbələri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Keçidlər