Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi verildi

07 iyun 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Təzə Pir Məscidində iftar süfrəsi verildi. İftarda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Millət vəkilləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ali təhsil , orta ixtisas, tam orta və məktəbəqədər tərbiyə müəssisələrinin rəhbərləri, səhiyyə ocaqlarının, mədəniyyət mərkəzlərinin, rayonun bütün müəssisə və təşkilat rəhbərləri, ziyalıları, ağsaqqallar, aprel şəhidlərinin ailələri,incəsənət nümayəndələri və rayon sakinləri iştirak etdilər.

Əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr səsləndirilib, günün duası oxundu. Qeyd olundu ki, respublikamızda dövlət və din bir-birindən ayrı olsa da, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkədir. Prezident seçkilərinin səhəri günü,yeni prezidentlik dönəminin ilk günündə möhtərəm prezidentimiz İlham Əliyevin şəxsi təşəbbüsü ilə ərsəyə gəlmiş Hacı Cavad məscidini ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımla birlikdə ziyarət etmələri tariximizə, milli mənəvi dəyərlərimizə ehtiramın nümunəsidir. Ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edilir.Bildirildi ki, Azərbaycanda bu gün birlik və sabitlik hökm sürür. Ölkə ərazisində olan dini məbədlərin təmir və bərpası, islami və milli-mənəvi dəyərlərin qorunması Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi olduğunu vurğulayır.

İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açıldı. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxundu.

Keçidlər