Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Heydər Əliyev Mərkəzində 1 – İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirildi

31 may 2018 | 11:00

Mayın 31-də Yasamal rayon Heydər Əliyev Mərkəzində 1 – İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yasamal rayon 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdi.

Uşaqlar öncə Mərkəzin Muzey bölməsi ilə tanış oldular, ulu öndərin büstü önünə gül- çiçək dəstələri qoydular.

Tədbir uşaqların ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Günel Həsənova açaraq, 1- iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1950-ci ildən bütün dünyada qeyd olunduğunu, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasətinin ölkəmizdə də uşaqların hərtərəfli inkişafının təmin edilməsinə yönəldiyini bildirdi və bütün uşaqları bayram münasibətilə təbrik etdi.

13 saylı tam orta məktəbin şagirdlərinin ifasında bədii kopmozisiya səsləndi.

Sonda ulu öndər Heydər Əliyevin uşaqlara diqqət və qayğısını özündə əks etdirən videofilm  nümayiş olundu.

Keçidlər