Şriftin ölçüsü :

Saytın rəngi :

Şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdilər

25 may 2018 | 11:00

Yasamal rayonu T.Abbasov adına 225 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 4 A sinfinin buraxılış gecəsi keçirildi.

Gecədə Yasamal rayon İcra Hakimiyyətinin məsul işçiləri, Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin nümayəndəsi, rayon ictimaiyyəti, məktəbin rəhbərliyi, müəllimləri, şagirdlər və valideynlər iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Sonra aparıcı tədbiri açıq elan edərək sözü Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradovaya verdi. Təravət Muradova müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tariximizin şanlı səhifələrindən olduğunu vurğuladı. Bildirdi ki, mövcud olduğu 23 aylıq müddətdə Cümhuriyyətin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, nizami ordunun yaradılması və digər sahələrdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpasında böyük rol oynayıb. Prezident İlham Əliyevin Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinin geniş qeyd olunması, eləcə də 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə sərəncamları Cümhuriyyətin fəaliyyətinə göstərilən yüksək ehtiramın bariz göstəricisidir. Dövlətimizin başçısının sərəncamlarına əsasən Cümhuriyyətin yaradılmasının 100 illik yubileyi respublikamızla yanaşı, Yasamal rayonunun da bütün müəssisə və təşkilatlarında geniş qeyd olunduğu vurğulandı.

Sonra 4 A sinfi ədəbi-bədii kompozisiyalarla çıxış etdi. Şagirdlər biri-birindən maraqlı personajlarla , musiqi və rəqslərlə nümunəvi çıxışlar nümayiş etdirdilər.

Azərbaycanımızın dilbər güşələrini, təbii sərvətlərini əks etdirən film nümayiş olundu.

Keçidlər