Şriftin ölçüsü :

Saytın rəngi :

Purple Kids tədris inkişaf mərkəzində bayram sevinci

01 iyun 2018 | 11:00

Yasamal rayonunda fəaliyyət göstərən “Purple Kids” Uşaq Tədris İnkişaf  Mərkəzində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş bayram şənliyi keçirildi. Şənlikdə balacalar, tərbiyəçilər, psixoloqlar və valideyn kollektivi iştirak etdi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Mərkəzin əməkdaşı Məşuqə Əlili qonaqları və balacaları salamlayaraq bildirdi ki, mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə autizmdən əziyyət çəkən uşaqlara və onların valideynlərinə dəstək olmaq, onların aktual problemlərinin öyrənilməsi və müvafiq yardımın göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yardım etmək və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir. Məşuqə Əlili qeyd etdi ki, bu gün mərkəzin yaradılmasından bir il keçir. “Purple Kids” Uşaq Tədris İnkişaf  Mərkəzində 2017-2018-ci tədris ili ərzində 70 uşaq qəbul olunub. Mərkəzdə hal-hazırda 43 adi uşaq və 27 fərqli uşaq təhsil alır. Onlardan 6 yaşını tamamlamış, məktəbə hazır olan 43 adi uşaqlardan 15-i, 27 fərqli uşaqlardan isə 1-i mərkəzlə vidalaşaraq orta məktəblərin birinci sinfinə qədəm qoyurlar.

Yasamal Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov çıxış edərək 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən, qadınların beynəlxalq konfransında təsis edildiyini vurğuladı. Bundan sonra həmin günün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşür . Azərbaycanda da uşaq problemlərinin hər zaman diqqət mərkəzində olduğunu bildirdi. Ulu öndər Heydər Əliyevin uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxladığı, ölkəmizdə indi də uşaqlara qayğının ildən-ilə artdığı vurğulandı. Bildirdi ki, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biri uşaqların xoşbəxtliyidir və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva nəcib missiyası ilə uşaqların ən böyük dostu və himayədarıdır. uşaqları bayram münasibətilə təbrik etdi və ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğının olduğunu diqqətə çatdırdı. Həmçinin bu günkü mərkəzin məzunlarının gələcəkdə Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövlətinin hər cür şərait yaratdığını, bu uşaqların sağlam cəmiyyətə inteqrasiyasını sevindirici hal olduğunu  vurğuladı.

Bayram şənliyində iştirak edən şagirdlər rəngarəng musiqi və rəqs nömrələri ilə çıxış etdilər.

Keçidlər