Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam şagirdləri Yasamal Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirdilər

30 may 2018 | 11:00

Mayın 30-da Ağdam rayon tam orta məktəbi Yasamal Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Canım Azərbaycanım” adlı tədbir keçirdi.

Tədbirdə 88 saylı Ağdam rayon tam orta məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə Mərkəzin Muzey bölməsi ilə tanış oldular.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Tədbiri giriş sözü ilə 88 saylı Ağdam rayon tam orta məktəbin direktoru Mətanət Məmmədova açaraq Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixindən, həyata keçirdiyi islahatlardan və müstəqil Azərbaycanın bugünki sosial - iqtisadi inkişafından danışdı.

Yasamal Rayon Heydər Əliyev Mərkəzi Fondunun baş mühafizi Azər Zeynalzadə öz çıxışında Ümummilli lider Heydər Əliyevin Şərqdə ilk müsəlman demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və cümhuriyyətin qurucularının fədakar və misilsiz mübarizəsini çox yüksək qiymətləndirməsindən danışdı.

Sonra “Dünəndən bu günə” adlı videosujet nümayiş olundu.

Tədbirdə məktəblilərin ifasında şeirlər səsləndirildi, mahnı və rəqslər ifa olundu.

Keçidlər