Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər

25 may 2018 | 11:00

Mayın 25-də Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirdi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, Dini qurumlarla işin təşkilatçısı, şöbə müdirinin müavini Vaqif Məmmədov, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin  Bakı şəhəri üzrə şöbənin əməkdaşları, rayon gəncləri, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri, məktəblilər və digər qonaqlar iştirak etdilər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı.

Tədbiri giriş sözü ilə Mərkəzin Fondunun baş mühafizi Azər Zeynalzadə açaraq qonaqları salamladı, milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa vaxt ərzində həyata keçirdiyi islahatlardan, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlardan danışdı. Cümhuriyyətin yaranmasının 100 illiyinin ölkə daxilində və xaricində böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırdı.

Zöhrab Cəfərov öz çıxışına ulu öndərin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözləri ilə başlayaraq bildirdi ki, ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır.

Tədbirdə iştirak edən digər qonaqlar da mövzu ilə əlaqədar fikirlərini bölüşdülər, qeyd etdilər ki, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir.

Sonda “28 May-Respublika Günü” nə həsr olunmuş film nümayiş olundu.

Keçidlər