Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Muğam Mərkəzində

22 may 2018 | 11:00

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə 22 may 2018-ci ildə  Muğam  mərkəzində  möhtəşəm konsert proqramı təşkil etdi.  Tədbirdə Universitetin professor-müəllim və tələbə kollektivindən başqa əcnəbi  qonaqlar və sənətsevərlər də  iştirak etdi.  Beynəlxalq Muğam Mərkəzində keçən gecədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı  Əziz Əzizov və aparatın məsul şəxsləri də iştirak etdi.

Konsert proqramında  Universitetin  "Musiqi sənəti" fakültəsinin Xalq çalğı alətləri orkestrinin, “Aktyor sənəti” fakültəsinin tələbələrinin çıxışları yer aldı.  Konsert salonunun foyesində “Rəssamlıq” fakültəsinin tələbələrinin  yaradıcılıq işləri ilə tanışlıq oldu.

Konsert Xalq çalğı alətləri kafedrasının müəllimi, Respublika və Beynəlxalq müsabiqələrin qalibi, prezident təqaüdçüsü Mustafa Aşurovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin  "Koroğlu" operasından Uvertura ilə başladı.

Daha sonra Universitetin tələbələri Cəlal Məlikli, Rəvan Qaçayev, Xasay Şıxıyev, Məlik Məmmədov, Jalə Quliyeva, Aytac Fərəcov, Həmid Həmzəyev, Nurlan Kərimli, Ayxan Bünyadzadə Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə S.Ələsgərovun "Vətənimdir", V.Adıgözəlovun "Bayram suitası", T.Quliyevin "Bakı haqqında mahnı", "Canım Bakı", E.Sabitoğlunun "Nə gözəldir Azərbaycan","Şirin dil", Ə.Tağıyevin "Qal sənə qurban", Ü.Hacıbəylinin "Cəngi","Çırpınırdı Qara dəniz", R.Mirişlinin "Bayram axşamlarında" mahnılarını ifa edib, Məhəmməd Qulamov, Ceyran Baxışova, Ağaəli Kazımzadənin  ifasında isə şeirlər  səsləndirildi.

Konsertdə  Muğam Televiziya Müsabiqəsinin qalibi, Azərbaycan Televiziyasının solisti Kamilə Nəbiyevanın və 2017-ci il Muğam Televiziya Müsabiqəsinin iştirakçısı Qəmbər Axundovun, Əmrah Məcidovun  ifalarında səslənən  "Qarabağ şikəstəsi" gur alqışlarla qarşılandı.

Konsert Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalq çalğı alətləri orkestri və xorunun ifasında səslənən  Azərbaycan Respublikasının Dövlət Himni ilə başa çatdı.

Keçidlər