Şriftin ölçüsü :

Saytın rəngi :

Rus icmasının 25 illiyi qeyd olundu

16 may 2018 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycanda Rus icmasınının yaranmasının 25 illiyi ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikası rus icmasınının Yasamal rayon təşkilatının sədri Vladimir Zverev, Yasamal rayon İcra Hakimiyyəyi başçısı aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, təşkilatın üzvləri, Rus İcmasının nümayəndələri, Memarlıq və İnşaat Universitetinin tələbələri və digər qonaqlar iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə Mərkəzin Muzey bölməsi ilə tanış oldular.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası rus icmasınının Yasamal rayon təşkilatının sədri Zverev Vladimir açaraq, Azərbaycanın tarixən sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu unikal məkan olduğunu, ayrı-ayrı xalqların və etnik qrupların yüz illər boyu burada əmin - amanlıq, dostluq və qardaşlıq şəraitində yaşadığını və rus icmasının bu regionun ən böyük icması hesab olunduğunu qeyd etdi.

Zöhrab Cəfərov öz çıxışında qeyd etdi ki, Azərbaycan Rus İcması Birliyi ictimai təşkilat olaraq, 25 ildən artıqdır ki, vətəndaş cəmiyyəti quruculuğunda səmərəli fəaliyyət göstərir, xalqlarımızın və mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşmasında və qarşılıqlı zənginləşməsində önəmli işlər görür.

Digər çıxışçılar öz çıxışlarında bildirdilər ki, Azərbaycanın bütün şəhər və rayonlarında məskunlaşan rus icmasının cəmiyyətimizdə özünəməxsus yeri var, “dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları, o cümlədən pravoslav xristianlar öz hüquq və azadlıqlarından lazımınca yararlanmaqla, ölkəmizdə gedən böyük quruculuq prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.

Keçidlər