Şriftin ölçüsü :

Saytın rəngi :

Kitaba qayıtmaq-ailə günündə gənc nəslə örnəkdir

15 may 2018 | 11:00

Bu il Azərbaycanın görkəmli siyasi xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi tamam olur. Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. Bugünkü müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafında göstərdiyi xidmətlərə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşmüşdür. Dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaş bir estafet kimi nəsilllərdən nəsillərə ötürülür.

Bu il həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi də qeyd olunur.

15 may 2018-ci il tarixində Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq Hüseyn Cavid parkında Kitab bayramı keçirildi. Kitab bayramında dahi şəxsiyyət Heydər Əliyevin həyat və yaradıcılığına, Azərbaycan Xalq Cumhuriyyətinin tarixinə həsr olunmuş kitabların sərgisi nümayiş olundu. Kitab bayramında Respublikamızda fəaliyyət göstərən nəşriyyatlar da dövlətçiliyimizə, milli-mənəvi dəyərlərə, tariximizə, mədəniyyətimizə dair son dövrlərdə nəşr olunan kitabların nümayişini və satışını reallaşdırdı.

Eyni zamanda dahi Azərbaycan şairi İmaməddin Nəsiminin 600 illiyi də Respublika Prezidentinin Sərəncamı ilə yüksək səviyyədə qeyd olunur. Bu münasibətlə böyük ədib Hüseyn Cavidin adını daşıyan Yasamal parkında kitab sərgisinin təşkil olunması həyata keçdi.

15 may həmdə beynəlxalq ailə günü kimi respublikamızdada qeyd olunur. Yaşadığımız informasiya əsrində kitab oxumaq, mütaliəni təbliğ etmək, faydalı informasiyanı yaymaq günümüzün əsas tələblərindən biridir. Cəmiyyətimizdə layiqli şəxsiyyət, gözəl insan olmağın yolu birbaşa kitabdan, mütaliə vərdişlərinə yiyələnməkdən keçir. Kitab bayramının keçirilməsində əsas məqsəd gənc nəslin təlim-tərbiyəsində milli-mənəvi dəyərlərə, tariximizə, adət-ənənələrimizə, soykökümüzə bağlılığın ön plana çəkilməsi, mütaliənin təlim-tərbiyə prosesində əhəmiyyətinin bir daha qabardılması, ulu öndərin həyat və yaradıcılığına nümunəvi ailə başçısı kimi Beynəlxalq Ailə günündə gənc nəslə örnək olaraq göstərilməsidir.

Hüseyn Cavid parkında böyük izdiham vardı. Burada gənclər və tələbələrlə yanaşı yaşlı nəslin nümayəndələrini də görmək olardı.

Parkda məktəblilərin rəsm, əl işləri, ebru sənəti nümayiş olundu.

Sonra tədbir incəsənət ustalarının ifasında konsert proqramı və 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin musiqi nömrələri ilə davam etdirildi.

Səhər saatlarından başlayan sərgi axşam saatlarına qədər davam etdi.

Keçidlər