Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 95 və “Azərkitab Kitab Təbliğatı Mərkəzi”-nin 1 illiyinə həsr olunan “I KİTAB FESTİVALI”

09 may 2018 | 11:00

Yasamal rayonunda fəaliyyət göstərən "Azərkitab” Kitab Təbliğatı Mərkəzi Ümummilli Lider Heydər Əliyevin 95 və Mərkəzin 1 illiyinə həsr olunan “I KİTAB FESTİVALI” keçirdi.

Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən möhtəşəm tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, cəmiyyətimizdə tanınan, kifayət qədər sözünü deyən ziyalılar, millət vəkilləri, Universitet rektorları, akademiklər, ölkəmizin tanınmış alimləri, incəsənət nümayəndələri, yasamal rayonunun gəncləri və ictimaiyyət nümayəndələri də iştirak etdilər.

Tədbirin açılışı ilk olaraq layihə rəhbərinin və tədbir iştirakçılarının Fəxri xiyabana ziyarəti ilə başladı. Ulu öndərimizin və onun xanımının məzarı üzərinə gül dəstələri, əklillər qoyulduqdan sonra "Azərkitab” Kitab Təbliğatı Mərkəzinin həyətində tədbirə start verildi.

Öncə qonaqlar açıq havada təşkil olunmuş kitab sərgisi ilə tanış oldular.

Sonra layihənin ideya müəllifi Sabir Həsənov iştirakçıları salamlayıb, bu mərkəzin bir illik fəaliyyətindən danışdı: "Dəvətimizi qəbul edib, tədbirə təşrif buyuran qonaqlarımızı salamlayıram. İlk olaraq ondan başlamaq istəyirəm ki, xalqımızın böyük oğlu Heydər Əliyevin mədəniyyətə verdiyi dəyər hər zaman diqqət mərkəzində olub. Hesab edirəm ki, hər bir Azərbaycanlı ulu öndərimizin göstərişlərini rəhbər tutaraq üzərinə düşən vəzifəni yerinə yetirərək cəmiyyətimizdə faydalı əməlləri ilə öz töhfəsini verməlidir. Sevindirici haldır ki, bu gün ulu öndər Heydər Əliyevin bu siyasətini cənab prezidentimiz İlham Əliyev davam etdirir”. Layihənin müəllifi çıxışında onu da qeyd etdi ki, bu mərkəz vaxtı ilə fəaliyyət göstərən "Azərkitab”ın mənəvi varisidir və mərkəzin qapıları hər kəsin üzünə açıqdır: "Bilirsiniz ki, mənim həyatım kitabla bağlı olub. Sovet dönəmində "Azərkitab” adlı bir qurum fəaliyyət göstərirdi. Sovetlər birliyinin dağılması ilə "Azərkitab”ın fəaliyyətinə son qoyuldu. O gündən belə bir mərkəzin açılışını etmək ürəyimdə arzu olaraq yaşayırdı. Nəhayət ki, bunu həyata keçirmək mənə nəsib oldu. Bu mərkəzi açmaqla məqsədimiz kitaba dönmək, gənclərimizi pis vərdişlərindən çəkinməkdən ibarətdir”.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbirin ulu öndərin 95 illiyi ərəfəsində keçirildiyini vurğuladı. O, ulu öndər Heydər Əliyevin kitaba, təhsilə, biliyə verdiyi qiymətdən, misilsiz tarixi xidmətlərindən, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolundan danışdı.Bildirdi ki, Azərbaycan xalqının həyatında və tarixində çox mühüm rol oynamış dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ölkəmizin hər yerində yüksək səviyyədə qeyd edilir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün əsl məktəb olduğunu vurğulayan Əziz Əzizov ümummilli liderin hələ xüsusi xidmət orqanlarında işləyərkən Vətənə sevgisi ilə seçilən şəxsiyyət olduğunu diqqətə çatdırdı.

Çıxış edənlərdən Mətbuat Şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov, Xalq şairi Sabir Rüstəmxanlı,millət vəkilləri Aqil Abbas və Jalə Əliyeva "Azərkitab” mərkəzinin Azərbaycan mənəviyyatında mühüm hadisənin göstəricisi olduğundan, ulu öndər Heydər Əliyevin kitaba, oxumağa nə qədər dəyər verdiyindən,onun əsas məqsədi Azərbaycanı dünyaya tanıtmaq, ölkəmizin reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, iqtisadiyyatımızı dirçəltmək olduğundan söz açdılar. Söylədilər ki, onlar da hər zaman bu ideyanı dəstəkləyəcək, hamılıqla bərabər mərkəzin təbliğatçısı olacaqlar, çünki bu mərkəzi yaratmaq millətə xidmətdir.

Tədbir incəsənət ustalarının təqdim etdiyi konsert proqramı ilə davam etdirildi.

Keçidlər