Şriftin ölçüsü :

Saytın rəngi :

Yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin 110 illik yubileyi qeyd olundu

07 may 2018 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin və Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yazıçı, ədəbiyyatşünas Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə şərqşünas alim, BDU-nun İlahiyyat fakültəsinin dekanı, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəliyev, publisist, dilşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, xalq şairi , Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, əməkdar incəsənət xadimi Fikrət Qoca, filologiya elmləri doktoru, professor Abdulla Abbasov, Mir Cəlal Paşayevin “Ədibin evi” ev-muzeyinin direktoru Elnur İmambəyli, filologiya elmləri doktoru, BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri İfrat Əliyeva, filologiya elmləri doktoru, professor Şirindil Alışanov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları, gənclər və KİV nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə aparıcı Günel Hüseynova açaraq, yazıçı, ədəbiyyatşünas Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor Mir Cəlal Paşayevin həyat və fəaliyyəti haqqında, o cümlədən ədibin XX əsr Azərbaycan elminin ədəbiyyatının, təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışdı.

Daha sonra Mir Cəlal Paşayevin həyat və fəaliyyətindən bəhs edən foto-slayd nümayiş olundu.

Şərqşünas alim, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəliyev, professor Buludxan Xəlilov, professor Abdulla Abbasov, filologiya elmləri doktoru İfrat Əliyeva və xalq şairi Fikrət Qoca öz çıxışlarında Mir Cəlal Paşayevin öz romanlarında müasir həyat lövhələrinin bədii təsvirinin ustalıqla qələmə aldığını, yazıçının “İnsanlıq fəlsəfəsi” kitabında toplanmış hekayələrinin böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malik olduğunu, digər hekayələrində isə real həyat lövhələrini, fəlsəfi düşüncələri əks etdirdiyini qeyd etdilər.

Tədbirdə Mir Cəlal Paşayevin ssenari müəllifi olduğu “Bir ailə” filmindən fraqment təqdim olundu.

Elnur İmambəyli öz çıxışında bildirdi ki, XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərən Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür.

Sonda məktəblilərin ifasında bədii kompozisiya təqdim olundu.

Keçidlər