Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda ulu öndərin 95 illiyi qeyd olundu

04 may 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan rayon tədbiri keçirildi.

Tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahındakı ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xalqımızın ümummilli liderinin əziz xatirəsini böyük ehtiramla yad etdilər.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, partiyanın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, “ İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun təhsil və səhiyyə ocaqlarının rəhbərləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Tağı Əhmədov ulu öndər Heydər Əliyevin böyük və əvəzsiz xidmətlərinə nəzər saldı.Qeyd etdi ki, Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi, suveren bir ölkə kimi qarşılaşaca biləcəyi problemlərin həllinə nail olması üçün real əsaslar hələ ulu öndərin sovet hakimiyyəti illərində respublikamıza rəhbərlik etdiyi dövrdə formalaşdırılıb.Tağı Əhmədov bildirdi ki, məhz Heydər Əliyevin müstəqillik dövründə hakimiyyətə qayıdışı təhlükə altında olan dövlətçiliyimizi xaos və böhran məngərəsindən çıxarıb, vətəndaş müharibəsinin qarşısı alınıb və atəşkəs rejiminin tətbiqinə nail olunub.Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqillik yollarında ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirdiyini bildirdi. Vurğuladı ki, Heydər Əliyev sözün əsl mənasında müstəqil Azərbaycan dövlətinin inkişafının bütün istiqamətlərində əsaslarını formalaşdırıb.Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl milli dövlətçilik ideologiyasını formalaşdırıb və Cənab İlham Əliyevin şəxsində bu ideologiyanı, Azərbaycanın sosial, iqtisadi, siyasi, mədəni tərəqqisini uğurla həyata keçirə biləcək ən layiqli varisini yetişdirib. Əziz Əzizov ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 15 il ərzində müstəqilliyinin daha da möhkəmləndirdiyini, sosial, iqtisadi, siyasi, diplomatik və hərbi-quruculuq sahələrində çox böyük uğurlara imza atdığını bildirdi. Bütün bunların nəticəsidir ki, növbəti dəfə aprelin 11-də keçirilən prezident seçkilərində ümummilli lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı, möhtərəm Prezidentimiz Cənab İlham Əliyev qələbə qazandı.

Sonra partiyanın həyatında yaxından iştirak edən bir qrup partiya fəallarına YAP Yasamal rayon təşkilatının fəxri fərmanları və diplomları verildi.

Tədbir Yasamal rayonundakı incəsənət gimnaziyası şagirglərinin təqdim etdiyi ədəbi-bədii kompozisiyaları ilə davam etdirildi.

Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.

Keçidlər