Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş “Mənalı ömrün izi ilə” adlı tədbir keçirildi

04 may 2018 | 11:00

Təqvimizin 365 gününün demək olar ki, hər həftəsi müəyyən yadda qalan hadisələrlə zəngindir. Bu günlərin çoxu insanlar tərəfindən yadda qalır, bəzən isə unudulur. Amma elə günlər var ki, onlarla bağlı hadisələri kiçik uşaqlar belə unutmur. Belə tarixi günlər içərisində öz işi, əməli, məhəbbəti, vətənə bağlılığı, sədaqəti ilə yaddaşlara həkk olunmuş Ulu öndərimiz Heydər Əliyevin anadan olduğu gündür.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş “Mənalı ömrün izi ilə” adlı tədbir keçirildi.

Tədbirdə giriş sözü ilə kollecin direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edərək Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında keçmiş SSR məkanında mövcud olmuş dövlətlər içərisində inkişaf etmiş dövlət olmasında, ölkəmizdə sabitliyin bərqərar olunmasında Heydər Əliyevin danılmaz əməyini xüsusi vurğuladı.

Tədbirdə iştirak edən qonaqlar “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü, əməkdar jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Rəhimzadə dedi ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, ölkəmizdə sabitlik bərpa olundu. Heydər Əliyevin misilsiz xidmətlərindən, onun siyasi kursunu bu gün ləyaqətlə davam etdirən İlham Əliyevin müstəqil Azərbaycanın inkişaf yolunda var qüvvəsi ilə çalışmasından ətraflı bəhs etdi.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttfaqı Respublika komitəsinin sədri Seymur Orucov Heydər Əliyevin məhz gənclərə üstünlük verməsindən, onların mədəniyyətimizin, təhsilimizin inkişafında aparıcı rol oynamasından söz açdı. Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ulu öndər Heydər Əliyevin danılmaz əməyini qeyd etdi.

Tədbir kollecin tələbələrinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

Keçidlər