Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizovun sakinlərlə növbəti səyyar qəbulu keçirildi

03 may 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov Respublika İncəsənət Gimnaziyasının akt zalında Yasamal rayon sakinləri ilə görüşərək səyyar qəbul keçirildi. Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbulunda rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, aparatın məsul işçiləri, rayon İcra Hakimiyyəti Başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, hüquq mühafizə orqanlarının, rayon bələdiyyəsinin, kommunal xidmətlərin və digər xidmət strukturlarının rəhbərləri, Respublika İncəsənət Gimnaziyasının pedaqoji kollektivinin ezvləri, Gimnaziyada təhsil alan şagirdlərin valideynləri, o cümlədən 200 nəfərədək rayon sakini iştirak etdilər.

Səyyar qəbulda rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov 2018-ci ilin I rübünün ortalarından başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisində həyata keçirilən geniş və iri miqyaslı abadlıq-quruculuq işləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə icra olunan “Pilot” layihələr, onların icrası ilə qəzalı vəziyyətdə olan evlərin kütləvi surətdə sökülərək yerində müasir layihələr əsasında yeni binaların inşasının üstünlikləri, Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar “Sovetski” adlanan ərazidə yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınması, kommunal xidmətlərin fəaliyyəti, o cümlədən qarşıda duran vəzifələr və s. barədə rayon sakinlərinə ətraflı məlumat verdi. Rayon İcra Hakimiyyəti Başçısının Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar toxunduğu məsələlər “Sovetski” adlanan ərazidə yaşayan sakinlərin böyük marağına səbəb oldu və rayon İcra Hakimiyyətinin Başçısı sakinlərin çoxsaylı suallarını cavablandırdı. Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısına məktəblərin 1-ci sinfinə qəbulu üzrə ünvan dislokasiyası, valideyn himayəsindən məhrum olmuş azyaşlılarla əlaqədar meydana çıxan problemlərin həlli, sakinlərin yaşadıqları məhəllələrin abadlaşdırılması, əlilliyin təyin olunması və s. ilə əlaqədar ünvanlanmış suallar dərhal cavablandırıldı və onların həlli üçün müvafiq tapşırıq və göstərişlər verildi.

Rayon İcra Hakimiyyətinin Başçısı rayon sakinlərini narahat edən və maraqlandıran digər məsələləri yerində araşdıraraq onların operativ həlli üçün müvafiq göstərişlər verdi, qaldırılan bütün məsələlərin istisnasız olaraq müsbət həlli təmin olundu.

Səyyar qəbuldan sonra rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov səyyar qəbulda iştirak edərək suallarla müraciət etmiş sakinlərin problemlərinin aktuallığını nəzərə alaraq aidiyyəti qurumların rəhbərləri ilə birlikdə abadlaşdırılması nəzərdə tutulan məhəlləyə baxış keçirərək müvafiq göstərişlər verdi.

Keçidlər