Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Biznes Universitetində beynəlxalq konfrans keçirildi

03 may 2018 | 11:00

Bakı Biznes Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycanın iqtisadi inkişaf istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildi.

Konfransın məqsədi Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi münasibətlərin formalaşması və müasir Azərbaycanın sosial-iqtisadi inkişafının nəticələrini təhlil etmək və perspektivdə bu prosesin daha uğurla davam etdirilməsi üçün qarşıya qoyulan vəzifələrin həlli yollarını müəyyənləşdirməkdən ibarətdir.

Konfransda Azərbaycan Xalq Cümhuriyyəti dövründə coğrafi-iqtisadi inkişaf şəraiti və maddi-mənəvi dəyərlərin strategiyası, iqtisadi münasibətlərin formalaşması, Heydər Əliyev və müasir Azərbaycanın sosial-iqtisadi inkişafı, maliyyə institutlarının formalaşdırılması, Azərbaycanda tədris-təlim texnologiyalarının tətbiqi, xalq təsərrüfatının  müxtəlif sahələrində və funksional bölmələrində iqtisadi islahatların aparılması, əhalinin sosial müdafiəsi, optimal vergi siyasəti, xarici iqtisadi əlaqələrin genişləndirilməsi və digər təxirəsalınmaz məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.

Konfransda 6 ölkənin 9 ali təhsil müəssisəsindən 12 elmi-tədqiqatçı iştirak edəcək. Konfransda Bakı Biznes Universitetinin rektoru,iqtisad elmləri doktoru, professor İbad Abbasov, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Əli Nuriyev, Əməkdar Kənd Təsərrüfatı işçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Bakı Biznes Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor İslam İbrahimov, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini, pedaqogika üzrə fəlsəfə doktoru Təravət Muradova, həmçinin Rusiya Federasiyasından, İtaliya, Litva, Serbiya, Ukrayna, Dağıstan və Gürcüstan Respublikalarından gələn tanınmış alim-tədqiqatçıların iştirakı ilə m\vzu ətrafında müzakirələr aparılacaqdır.

Konfrans alim-tədqiqatçıların çıxışları ilə öz işini iki gün davam etdirəcək.

Keçidlər