Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov 3 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində səyyar qəbul keçirmişdir

24 aprel 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti Başçısının 150 nömrəli tam orta məktəbdə baş tutan səyyar qəbulunda rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, aparatın məsul işçiləri, rayon İcra Hakimiyyəti Başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, hüquq mühafizə orqanlarının, rayon bələdiyyəsinin, kommunal xidmətlərin və digər xidmət strukturlarının rəhbərləri, həmçinin, 300 nəfərədək rayon sakini iştirak etdilər.

Səyyar qəbulda rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov 2018-ci ilin I rübünün ortalarından başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisində həyata keçirilən geniş və iri miqyaslı abadlıq-quruculuq işləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə icra olunan “Pilot” layihələr, Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar “Sovetski” adlanan ərazidə yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınması, kommunal xidmətlərin fəaliyyəti, o cümlədən qarşıda duran vəzifələr və s. barədə rayon sakinlərinə ətraflı məlumat verdi. Rayon İcra Hakimiyyəti Başçısının Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar toxunduğu məsələlər “Sovetski” adlanan ərazidə yaşayan sakinlərin böyük marağına səbəb oldu və rayon İcra Haskimiyyətinin Başçısı sakinlərin çoxsaylı suallarını cavablandırdı

Rayon İcra Hakimiyyətinin Başçısı rayon sakinlərini narahat edən və maraqlandıran məsələləri yerində araşdıraraq onların operativ həlli üçün müvafiq göstərişlər verdi, qaldırılan bütün məsələlərin istisnasız olaraq müsbət həlli təmin olundu.

Keçidlər